Həmkarlarımız və diplomatlar Azərbaycan jurnalistlərinin kədərini bölüşürlər

 

Bir sıra ölkələrdən olan həmkarlarımız Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovunAzTV-nin operatoru Sirac Abışovun həlak olmasından kədərləndiklərini bildirir, bu ağır gündə Azərbaycan mediasının yanında olduqlarını ifadə edirlər.

Media təmsilçiləri bu qanlı hadisə ilə əlaqədar AZƏRTAC-a başsağlığı teleqramları ünvanlayır, həmçinin telefonla zəng edərək günahsız insanların, o cümlədən jurnalistlərin hədəfə alınmasının yolverilməz olduğunu vurğulayırlar. Agentliyimizin xaricdəki müxbir məntəqələrinə də oxşar məzmunda zənglər edilir.

İnsanlığa qarşı dəhşətli cinayətlər törədən erməni silahlı birləşmələrinin Qarabağın işğalına son qoyulmasından sonra da bu ərazilərdə günahsız insanları qətlə yetirməsini kəskin şəkildə qınayır və Anadolu agentliyi olaraq bu ağır gündə sizin şəxsinizdə bütün Azərbaycan mediasının yanında olduğumuzu bildirirəm, - bu fikirlər qardaş Türkiyənin Anadolu agentliyinin rəhbəri Serdar Karagözün AZƏRTAC-a göndərdiyi başsağlığı teleqramında yer alıb.

Türkiyənin TRT Televiziyasının Baş direktoru İbrahim Eren, Rusiyanın TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Sovolyov, "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Akkoç, Misirin Aldiplomacy informasiya portalının baş redaktoru Əşrəf Əbu Urafə, Asiaelyom agentliyinin rəhbəri Əbubəkir Əl-Məcd, misirli jurnalistpolitoloq Əhməd Tərabik ağır itki ilə əlaqədar AZƏRTAC-ın və AzTV-nin kollektivlərinə başsağlığı verib, həlak olan jurnalistlərin ailə üzvlərinin və yaxınlarının kədərini bölüşüblər.

Kədərimizə şərik çıxanlar arasında diplomatlar da var. Türkmənistanın Əlcəzairin Azərbaycandakı səfirləri Mekan İşanqulıyev Salima Abdelhak, həmçinin Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xori başqaları Azərbaycanın media ictimaiyyətinə dərin hüznlə başsağlığı veriblər.

Eyni zamanda, ölkəmizin Böyük Britaniya, Polşa, Ukraynadakı səfirləri Tahir Tağızadə, Nərgiz Qurbanova, Elmira Axundova digərləri başsağlığı teleqramlarında telefon zənglərində dərin kədər hisslərini dilə gətiriblər.

 

Azərbaycan.-2021.- 8 iyun.- S.2.