Rusiya Jurnalistlər İttifaqı Azərbaycan jurnalistlərinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib

 

Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir: Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız telekanalın operatoru Sirac Abışov və AZƏRTAC informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar. Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir.

 

 

Azərbaycan.-2021.- 8 iyun.- S.3.