The USA Tribune qəzeti: İki azərbaycanlı jurnalist minaya düşərək həlak olub

 

Amerikada çıxan The USA Tribune qəzetində iki azərbaycanlı jurnalist minaya düşərək həlak olub sərlövhəli məqalə dərc edilib.

Məqalə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş vermiş faciəvi hadisəyə həsr olunub.

Materialda qeyd edilir ki, Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Əliyev, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsinin müavini Arif Əliyev həlak olub.

Faciəyə yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər Nazirliyi mina partlayışı nəticəsində KİV işçilərinin həlak olması barədə birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərini minalamaqla Azərbaycan vətəndaşlarına qarşı cinayətkar əməllərini davam etdirirlər. Bu, beynəlxalq humanitar hüququn əsas norma prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, törədilməsi ya aparılması), 116.0.6 (silahlı münaqişə dövründə beynəlxalq humanitar hüququn pozulması) başqa maddələri üzrə cinayət işi qaldırıb.

Məqalədə qeyd edilir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz tviter səhifəsində azərbaycanlı jurnalistlərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın üç dinc sakininin həlak olması ilə əlaqədar başsağlığı verib. Xarici siyasət idarəsi rəhbərinin bəyanatında qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin bir qrup hərbi qulluqçusu Kəlbəcər istiqamətində Azərbaycanın dövlət sərhədini pozmağa bu rayonun yollarında yerüstü minalar quraşdırılmasına yönəlmiş provokasiya törətməyə cəhd edərkən saxlanılıb. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan həm hərbçilərin, həm mülki əhalinin həyatına təhlükəsizliyinə ciddi təhdid mənbəyidir bununla regionda vəziyyətin kəskinləşməsinə şərait yaradır. C.Bayramov bəyan edib ki, Ermənistanın bu cür davranışı regionda sülhə, təhlükəsizliyə əməkdaşlığa nail olmaq yolunda ciddi maneə kimi qalmaqda davam edir.

 

Azərbaycan.-2021.- 6 iyun.- S.2.