Gürcü politoloq: Azərbaycanlı jurnalistlərin azad edilmiş ərazilərdə mina partlaması nəticəsində həlak olması terror aktı kimi qiymətləndirilməlidir

 

Azərbaycanlı jurnalistlərin erməni işğalından azad olunmuş Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində həlak olmaları terror aktı kimi qiymətləndirilməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Gürcüstanın ART-Qalleri televiziya şirkətinin rəhbəri, politoloq Tengiz Txilava söyləyib.

Politoloq deyib: Hərbi əməliyyatlar zamanı ərazilərin minalanmasını müəyyən qədər başa düşmək olar. Amma müharibənin başa çatmasından 7 ay keçməsindən və sülh yarandıqdan sonra da minalanmış ərazilərin xəritəsini qarşı tərəfə təqdim etməmək düşünülmüş bir cinayətdir. Bu, birmənalı şəkildə qatı terror hərəkətidir.

Onun sözlərinə görə, Ermənistandan bundan başqa nəsə gözləmək də əbəsdir. Çünki terrorçu hansısa terror aktını törədərkən qarşısına məqsəd qoyur. Burada bir məqsəd var. Ermənilər minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməklə, sadəcə olaraq, qalibdən qələbənin heyfini çıxmaq istəyirlər, - deyə Txilava vurğulayıb.

 

Azərbaycan.-2021.- 6 iyun.- S.2.