Vyetnam Xəbər Agentliyi: Azərbaycan jurnalistlərinin mina partlayışı nəticəsində həlak olmasından son dərəcə kədərləndik

 

Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktorunun müavini Vu Viet Tranq Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində AZƏRTAC-ın müxbirininAzTV-nin operatorunun həlak olması ilə əlaqədar agentliyimizin kollektivinə başsağlığı məktubu ünvanlayıb.

 

Məktubda deyilir: “İyunun 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun Kəlbəcər rayonunda peşə fəaliyyətini icra edərkən mina partlaması nəticəsində həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi və sarsıtdı.

 

AZƏRTAC-ın yaxın tərəfdaşı olan Vyetnam Xəbər Agentliyinin kollektivi adından bu gözlənilməz itki ilə əlaqədar həmkarlarımıza və həlak olmuş jurnalistlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk”.

 

Məktubda qeyd edilir ki, həlak olmuş jurnalistlərin xatirəsi həmkarlarının qəlbində daim yaşayacaqdır.

 

Xatırladaq ki, dost ölkələrin KİV rəhbərləri və media nümayəndələri də jurnalist həmrəyliyi nümayiş etdirirlər. Türkiyənin Anadolu agentliyinin rəhbəri Serdar Karagöz, TRT Televiziyasının Baş direktoru İbrahim Eren, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Polşa Xəbər Agentliyinin rəhbəri Voytsex Surmaş, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Sovolyov, "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov, TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Akkoç, MisirinAldiplomacyinformasiya portalının baş redaktoru Əşrəf Əbu Urafə, “Asiaelyomagentliyinin rəhbəri Əbubəkir Əl-Məcd, misirli jurnalistpolitoloq Əhməd Tərabik, tanınmış fotojurnalist Reza Deqati və digərləri bu ağır günlərdə Azərbaycan mediasının yanında olduqlarını bildirib, AZƏRTAC-ın və Azərbaycan Televiziyasının kollektivlərinin, həyatını itirən jurnalistlərin ailə üzvlərinin kədərini bölüşüblər.

 

Azərbaycan.-2021.- 9 iyun.- S.5.