“Veteranlar
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
“Veteranlar
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 213;
1995, ¹ 9, maddə 177, ¹ 14, maddə 241; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 16, ¹
2, maddə 66; 1999, ¹ 5, maddə 283, ¹ 7, maddə 395; 2001, ¹ 12,
maddə 731; 2004, ¹ 4, maddələr 199, 202, ¹ 7, maddə 505;
2005, ¹ 8, maddə 684; 2006, ¹ 4, maddə 315; 2007, ¹ 5, maddə
401, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə 221; 2017, ¹ 5, maddə
689, ¹ 6, maddə 1057; 2020, ¹ 7, maddə 826) 3-cü maddəsinə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel
2021-ci il
Azərbaycan.-2021.-
18 iyun.- S.2.