Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun tətbiqi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1.         Müəyyən edilsin ki:

 

1.1.      Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2.      həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində beşinci hissəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

 

2. “Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 5, maddə 329; 2012, ¹ 4, maddə 294; 2013, ¹ 8, maddə 908; 2015, ¹ 9, maddə 987; 2017, ¹ 6, maddə 1097; 2019, ¹ 5, maddə 840) aşağıdakı dəyişikliklər edilsin:

 

2.1.      2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

“2.1. “Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci, 6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

 

2.2.      2.2-ci bəndəhəmin Qanununsözlərindən sonra “8-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində,” sözləri, “üçüncü cümləsində, üçüncüsözlərindən sonra  “, dördüncüsözləri, “ikinci hissəsinin 9-cu bəndində,” sözlərindən sonraüçüncü hissəsində,” sözləri əlavə edilsin;

 

2.3.      aşağıdakı məzmunda 2.1-1-ci, 2.3-1-ci 2.5-1-ci bəndlər əlavə edilsin:

 

“2.1-1. həmin Qanunun 22-ci maddəsinin dördüncü hissəsində beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

 

“2.3-1. həmin Qanunun 22-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

 

“2.5-1. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 6.4-cü, 6-1.2-ci,  6-1.3-cü maddələrində, 8-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, dördüncü beşinci hissələrində, 9-1.4-cü maddəsinin ikinci cümləsində, 12-1-ci maddəsinin ikinci hissəsinin 8-1-ci bəndində beşinci hissəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;”;

 

2.4.      2.5-ci bənddə “on ikincisözləri “on birincisözləri ilə əvəz edilsin;

 

2.5.      2.6-cı bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun, 2.7-ci 2.8-ci bəndlər ləğv edilsin.

 

3.         Azərbaycan Respublikasının Nazirlər KabinetiDini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 4 may tarixli 309-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  16 iyun 2021-ci il

Azərbaycan.-2021.- 18 iyun.- S.11.