Şuşa Bəyannaməsi - sülh bəyannaməsi

 

 

Biz həmişə Tanrıya üz tutanda gözlərimizi göyə zilləyirik.

 

Əslində, hamımız Allahın səmanın sonsuzluğunda qərar tutduğunu qəbul etmişik.

 

Odur ki, yüksəkliyə qalxanda Allaha yaxınlaşdığımızı zənn edirik.

 

Şuşa Azərbaycanın ən hündür nöqtələrindən birində yerləşdiyindən Allaha yaxın şəhər sayılır.

 

Belə şəhərlərdə, adətən, xoş istək və arzular səsləndirilir, onların daha tez reallaşacağına inam olur.

 

Azərbaycan xalqını böhrandan, dövlətini və dövlətçiliyini itirmək təhlükəsindən xilas edən Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan Şuşa Bəyannaməsinin məhz burada imzalanmasının ikiqat rəmzi mənası var.

 

Bu, Uca Tanrının da yaxından xeyir-dua verdiyi birlikdir, sazişdir!

 

Bu birlik Qarabağın daha etibarlı müdafiəsini təmin edəcəkdir!

 

Üstəlik, bu birlik Şuşa da daxil bütün Qarabağın sürətlə yenidən tikilib qurulmaqla cənnətə çevrilməsinə öz töhfəsini verəcəkdir!

 

Bu birlik həm dosta sevinc, fərəh gətirir, düşmənə gözdağına çevrilir!

 

***

 

I Qarabağ müharibəsində ona görə məğlub olduq ki:

 

 

* Xalq həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən uzaq düşmüşdü;

 

* Dövlətə maymaqlar, qorxaqlar, səriştəsizlər, şəxsi maraqlarını milli mənafedən üstün tutanlar başçılıq edirdilər;

 

* Düzgün daxili xarici siyasət formalaşdırılmamışdı;

 

* Vaxtında ordu qurulmadı silahlandırılmadı;

 

* Torpaqların etibarlı müdafiəsi təşkil olunmadı;

 

* Ölkədə sabitliyin pozulması, özbaşınalığın qanunsuzluğun baş alıb getməsi vətəndaş müharibəsinə, ən nəhayət, torpaqların itirilməsinə səbəb oldu!

 

* Məğlubiyyətin bir səbəbi Ermənistanın bir neçə mənbədən silahlandırıldığı, maliyyələşdirildiyi digər formalarda yardım göstərildiyi halda Azərbaycanın tək köməksiz qalması idi.

 

Hətta qardaş Türkiyə bizə həmin vaxt yardım göstərə bilmədi.

 

***

 

Münaqişənin ilkin mərhələsində Azərbaycan problemin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinin tərəfdarı olduğunu açıq şəkildə ortaya qoydu.

 

Ermənistan tərəfi isə bunu güzəşt qorxaqlıq əlaməti kimi qiymətləndirərək daha da azğınlaşdı.

 

Bəli, ötən əsrin 90-cı illərində meydanda zəif Azərbaycan arxalı Ermənistan var idi!

 

Ermənistan həmişəki kimi, həm xain xislətinə sadiq olaraq bu məqamdan bəhrələndi, Dağlıq Qarabağı ətrafdakı yeddi rayonu işğal etdi.

 

Azərbaycan yenə məsələnin çözülməsinin sülh danışıqları yolu ilə, eyni zamanda ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu söylədi.

 

Lakin Ermənistan münaqişəni nizamlamalı olan ATƏT-in Minsk qrupu sözdə bu ideyanı dəstəkləsə , əməldə özünüz aranızda hansı razılığa gəlsəniz, biz onu qəbul edəcəyik daha sonra reallıqla hesablaşmaq lazımdır kimi məkrli qəbuledilməz mövqe sərgilədilər.

 

Beynəlxalq qurumlardan heç bir təsir təzyiq görməyən Ermənistan Azərbaycan torpaqlarını öz gücünə işğal etdiyinə inanaraq qalib millət, məğlubedilməz ordu eyforiyasına uyaraq sözün həqiqi mənasında qudurdu bizi yeni ərazilərin işğalı ilə hədələməyə başladı.

 

Amma iki vacib məqamı unutmuşdu:

 

Birincisi, zamanı onun gedişatını!

 

İkincisi isə, Azərbaycana İlham Əliyev kimi siyasət nəhənginin qüdrətli sərkərdənin rəhbərlik etdiyini!

 

44 günlük Vətən müharibəsi başlayandan bir neçə gün sonra ciddi səhv yekəbaşlıq etdiyini anladı!

 

Döymədiyi qapı, zəng etmədiyi dövlət başçısı, yalamadığı daban qalmadı!

 

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi şərti - Ermənistan öz qoşunlarının işğal ərazilərindən çıxarılması ilə bağlı konkret tarix göstərilən qrafik təqdim edilməyənə kapitulyasiya sənədini imzalamayana qədər hərbi əməliyyatlar dayandırılmadı.

 

***

 

XXI əsrin ən müasir müharibəsini aparan, ən yeni strategiya taktika tətbiq edən Azərbaycan 44 gün ərzində düşməni təkcə hərb meydanında deyil, diplomatiya sahəsində informasiya müharibəsində darmadağın etdi!

 

Qısa müddətdə 3 cəbhədə möhtəşəm zəfər qazanılmasının bir neçə səbəbi vardı:

 

Əvvəla, Azərbaycana onun qüdrətli Ordusuna cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, mahir sərkərdə rəhbərlik edirdi.

 

İkincisi, ordu qələbəyə köklənmiş, mətin təcrübəli əsgər zabitlərlə komplektləşdirilmiş, ən yeni silah vasitələrlə təmin edilmişdi.

 

Üçüncüsü, dövlət başçısı İlham Əliyev hakimiyyətdə olduğu müddətdə diplomatiya sahəsində böyük uğurlara imza atmış, müəllifi olduğu hücum diplomatiyası taktikasını tətbiq etmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmış Ermənistanın işğalçı simasını yetərincə ifşa etmişdi.

 

Dördüncü, hərbi əməliyyatlar davam edən müddətdə cənab İlham Əliyev dünya KİV-inə açıq oldu, jurnalistlərin bütün suallarını cavablandırdı, problemin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini maarifləndirdi, feyk xəbərləri təkzib ifşa etdi, informasiya müharibəsinin şəriksiz qalibi oldu.

 

Beşincisi ən əsası, qardaş Türkiyə bu müharibədə əvvəldən sonadək bütün məsələlərdə daim dəstəyimiz oldu, arxamızda durdu, hər bir köməyi göstərdi indi göstərir!

 

Məhz bu birlik, dostluq, qardaşlıq Qarabağın işğaldan azad olunmasının bu gün yenidən dirçəldilməsinin təməli, əsasıdır!

 

Şuşa Bəyannaməsi isə tarixi birliyimizin yeni daha yüksək mərhələsinə keçidinin həm rəsmən təsdiqlənməsidir!

 

***

 

Əslində, Şuşa Bəyannaməsi indiyədək iki qardaş ölkə arasında mövcud olan hamıya bəlli məsələlərin bir daha ucadan söylənilməsidir:

 

 

* Azərbaycana qarşı hər hansı hədə, təhlükə ya təcavüz törətmək istəyənlər öz qarşılarında həm Türkiyəni görəcəklər;

 

* Türkiyə ordu quruculuğunda daim Azərbaycana dəstək olacaq, əsgər, zabit hərbi mütəxəssislərin hazırlanmasında yaxından kömək edəcək;

 

* Hər iki dövlətin hərbi sənaye kompleksi birgə fəaliyyət göstərəcək, Türkiyənin ən müasir silahları ölkəmiz üçün əlçatan olacaq;

 

* Hərbin bütün sahələrində - məsləhətləşmələrdən tutmuş təcavüzə qarşı birgə müdafiəyədək hər iki qardaş dövlət daim bir-birinin yanında olacaq, birgə fəaliyyət göstərəcəkdir.

 

 

Bütün bunlardan öncə Şuşa Bəyannaməsi, əslində, həm sülh bəyannaməsidir, sülhsevər bəyannamədir:

 

O, bölgədəki 6 dövləti Cənubi Qafqazın bütün imkanlarından bərabər şəkildə bəhrələnməyə çağırır buna şərait yaradır!

 

Bölgədə təhlükə mənbəyi rolunu oynayan, işğalçı dövlət Ermənistanı əməkdaşlığa dəvət edir, qisasçılıqdan uzaq durmağa, öz dövlətinin xalqının gələcək inkişafı üçün Zəngəzur dəhlizindən bəhrələnməyə səsləyir!

 

Hətta qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlayacağı təqdirdə Türkiyə dövləti sərhədlərin açılması məsələsinə yenidən baxa bilər, Ermənistan blokadadan qurtular;

 

Bütövlükdə Şuşa Bəyannaməsi prinsipcə bölgədə sülhün təmininə, Zəngəzur dəhlizinin açılmasına töhfələr verməklə yeni nəqliyyat dəhlizindən yararlanacaq bütün dövlətlərə təhlükəsiz və səmərəli əməkdaşlıq şəraiti də yaradır!

 

Şuşa Bəyannaməsi əməlcə və mahiyyətcə sülh bəyannaməsidir!

 

Bu sənəd Cənubi Qafqaz regionuna sülh, əmin-amanlıq və əməkdaşlıq təklif edir.

 

Həm də onun yolunu, imkanlarını göstərir.

 

Sənədin arxasında iqtisadi imkanlar, nəhəng layihələr, eyni zamanda, hərbi güc də dayanır!

 

Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərqərar olunmasında maraqlıdır.

 

Bunu dəfələrlə bəyan etmiş və müxtəlif sənədləri imzalamaqla xoş niyyətlərini ortaya qoymuşlar.

 

İranGürcüstan da bölgənin nəqliyyat və logistika imkanlarından bəhrələnməyin tərəfdarıdırlar.

 

Nala-mıxa döyən isə təkcə Ermənistandır!

 

Üçtərəfli Bəyanatı imzalasalar da, qisasçılıqdan əl çəkmədiklərini, sərsəm xülyaları başlarından çıxarmadıqlarını müxtəlif formada səsləndirirlər.

 

Seçim yenə də Ermənistanındır!

 

Sülh və əməkdaşlıq, yoxsa dəmir yumruq!

 

Altılıqda olmaq, yoxsa çoxluğa qarşı çıxmaq!

 

Böyük Ermənistan söyləyərək kiçik Ermənistanı da itirmək, yoxsa dilənçi və məhv olmuş vəziyyətdən qurtulmaq!

 

Şuşa Bəyannaməsi həm də Ermənistanın qurtuluşu üçün sonuncu şansdır!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2021.- 22 iyun.- S.1;3.