Qarabağda zəfər nəğmələri səslənir...

 

 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nail olduğu zəfər sevinci möhtəşəmdir. Bu qələbə Azərbaycan xalqının böyük qürurudur. Artıq Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızın həsrəti, nisgili bitib. Amma yaraları hələ sağalmayıb. Otuz ilə yaxın davam edən işğal müddətində erməni qəsbkarları o yurd yerlərimizdə daşı daş üstündə qoymayıblar. Azərbaycan xalqına məxsus olan tarixi, milli-mədəni, dini abidələrimizi, yaşayış evlərini, inzibati binaları talayıb, yerləyeksan ediblər. Çünki işğalçı ermənilər on illər boyu buna əmin idilər ki, Azəbaycan dövləti, Azərbaycan xalqı öz tarixi ərazilərində düşmənlərin at oynatmalarına izn verməyəcək. Ona görə yurdlarımızı talan etdilər, odlara qaladılar.

 

 

 

İşğalçı ermənilərin qəddarlığının şahidi olan yurd yerlərimiz...

 

 

 

Vətən müharibəsindən sonra yalnız Azərbaycan xalqı deyil, bütün dünya erməni vəhşiliyinin bir daha şahidi olur. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirdi: “Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur”. Dövlətimizin başçısının vurğuladığı kimi, Füzulidə bir dənə də salamat bina yoxdur. Prezident İlham Əliyev vurğulayıb ki, mənfur düşmən bütün binalarımızı yerləbir edib. O deyib: “Ağdam da belə vəziyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, sökübtalan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi”.

 

Qarabağın ürəyi, Azərbaycanın incisi qədim Şuşa şəhəri də işğalçı ermənilərin qəddarlığının, vəhşiliyinin şahidi olub. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu, ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq, Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildibizi gözləyirdi.

 

 

 

Qarabağ əziz qonaqlarını qarşılayır...

 

 

 

Azərbaycan xalqı bir yumruq kimi birləşərək illərdir yolumuzu gözləyən, Vətənin bir parçası olan şəhərlərimizin, kəndlərimizin intizarına son qoyub. İndi o yerlərdə zəfər nəğməsi çalınır. Artıq Azərbaycan Prezidenti İlham Əliyev dar günümüzdə də, sevincli vaxtlarımızda da daim yanımızda olan dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı məhz işğaldan azad etdiyimiz torpaqlarımızda qarşılayır.

 

Doğrudur, Vətənimizə gələn əziz qonaqlarımız da gördükləri mənzərələrdən bizim kimi pərişan olurlar. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, BülbülÜzeyir bəy Hacıbəylinin heykəllərini ziyaraət edərkən də eyni hisslər yaşandı. 1992-ci il mayın 8-də, Şuşanın işğalı zamanı şuşalıların evləri, qədim, tarixi-mədəni abidələri erməni qəsbkarlarının qurbanına, özləri isə doğma yurdundan ayrılıb məcburi köçkünə çevriləndə işğalçıların bununla da nifrəti, kini bitməmişdi. Beynəlxalq Haaqa Konvensiyasının tələblərinə məhəl qoymayan ermənilər hətta heykəlləri belə atəşə tutmaqdan çəkinməmişdilər. O vaxt dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, məşhur azərbaycanlı vokalist Bülbülün və şairə Xurşidbanu Natəvanın muzeylərini də qarət edib viranə qoydular. Erməni işğalçıları Azərbaycan musiqisinin beşiyi Şuşanı işğal etdikdən sonra Üzeyir bəy Hacıbəylinin, BülbülünXurşidbanu Natəvanın büstlərini güllələdilər.

 

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırıldı. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər ermənilərdən alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qoyulub.

 

 

 

Xalqımızın mübarizlik simvolu

 

 

 

Azərbaycanın bu tarixi şəhəri yenə doğma musiqinin, ana dilində səslənən mahnıların sədalarına büründü. Şuşada Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsiQarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya izlədilər.

 

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiətilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiqritm qrupunun ifaları təqdim edildi. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səsləndi.

 

“Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərinin təcəssümü oldu.

 

Tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı hədiyyə edilməsinin mənəvi anlamı böyükdür. Xalqımızın qədim adət-ənənələrinə görə, at şərəf rəmzi sayılır. “At igidin yaraşığıdır”, deyib ulularımız. At haqq-ədalət uğrunda savaşan bir xalqın mübarizlik simvoludur.

 

Mübarizəmiz isə davam edir. Azərbaycanın və Türkiyənin birliyi, dostluğu, qardaşlığı böyük zəfərlərin müjdəsidir.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 22 iyun.- S.6.