Paşinyan referenduma gedir

 

Baş nazir hərbi xuntanı zərərsizləşdirir

 

 Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra Armen Sarkisyanın vəsatəti geri göndərməsi, baş nazirin isə qərarından əl çəkməməsi siyasi böhranı kritik həddə çatdırıb.

 

 

 

Prezidentə təzyiqlər artır

 

 İndi prezident Paşinyanın yenidən göndərdiyi vəsatəti 3 gün ərzində ya təsdiq etməli, ya da konstitusiya məhkəməsinə müraciət etməlidir. Əks halda Paşinyanın imzaladığı sərəncam layihəsi avtomatik qüvvəyə minəcək.

Görünən odur ki, hakimiyyət çevrilişinə cəhddə ittiham olunan baş qərargah rəisi ilə bağlı təqdimatı geri qaytarması, təhlükəsizlik şurasının sonuncu iclasında iştirak etməməsi Ermənistan prezidentini qiyamın iştirakçısına çevirir. Yəni atdığı son addımlarla A.Sarkisyan da hüquqi-psixoloji cəhətdən özünü hakimiyyət çevrilişi cəhdlərinə bulaşdırmış oldu. Ona görə Paşinyan hakimiyyətdə qalarsa, prezident üçün daha ağır günlər başlaya bilər.

Dünən isə  Paşinyan səhhətində problemlər olan A.Sarkisyanın evinə gedərək onu bu yolla ələ almağa çalışıb. Prezident isə onun tələbini yerinə yetirməyib tərəflər arasında fikir ayrılıqları hələ qalır.

Paşinyanın tərəfdarları isə vəsatəti imzalaması üçün prezidentə təzyiq edir. Belə ki, “Mənim addımımfraksiyasından olan deputat Vaaqn Ovakimyan Armen Sarkisyana impiçment tətbiq olunacağını istisna etməyib. Bildirib ki, indiki halda A.Sarkisyan öz səlahiyyətlərini özbaşına həyata keçirib, bu, ölkədə sabitliyin pozulmasına gətirə dövlət təhlükəsizliyini təhlükə altında qoya bilər: “Ən emosional təsəvvürə sahib olan insan belə bu prosesdə heç bir antikonstitusion element görə bilməz. Biz, əslində, prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərini özbaşına həyata keçirməsi dövlət təhlükəsizliyini təhlükə altına ala vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin impiçment prosesinə başlamaq olar”.

Ermənistan təhlükəsizlik şurası ordunun siyasi proseslərə cəlb edilməsi cəhdlərini qınayan prezidenti baş qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı sənədi imzalamağa çağıran bəyanat yayıb. Qeyd olunub ki, konstitusiya silahlı qüvvələrin mülki nəzarətdə olduğunu müəyyənləşdirir onların siyasi proseslərə cəlb olunmasını qadağan edir. Qanuna görə, hökumət başçısı öz mülahizəsinə əsasən baş qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması barədə vəsatət qaldırır. Prezident isə, öz növbəsində, konstitusiyaya əməl olunmasına nəzarət edən ən vacib qurumun rəhbəri olaraq adekvat yanaşma göstərmək öhdəliyi daşıyır.Təhlükəsizlik şurası yuxarıda göstərilənlərə əsaslanaraq, prezidenti baş qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması müvafiq bir fərman imzalaması ilə bağlı vəsatətini təmin etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

 

 

 

Müxalifət impiçmentə qarşı çıxır

 

 

Parlamentdəki müxalifMaariflənmiş Ermənistanfraksiyasının lideri Edmon MarukyanFacebooksəhifəsində həmkarı Vaaqn Ovakimyanın ölkə prezidentinin impiçment ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirərkən yazıb ki, Ermənistanın hazırkı hakimiyyəti heç kimlə ortaq dil tapmağa çalışmır vəziyyəti həll etmək üçün addım atmır. Hər kəslə dil bu böhrandan çıxmaq üçün həll yolu tapmaq əvəzinə hökumət prezidentə impiçment üçün əsasların olduğunu bəyan edir. Bənzər bir prosesin parlamentdə başladıldığını təsəvvür edirsiniz? Özünüzü məhv etmənin son nöqtəsinə çatmaq istəyirsinizsə, bunu edin”, - deyə müxalif deputat Marukyan bildirib.

Deputat həmçinin qeyd edib ki, əgər Ermənistan parlamentinin hakim fraksiyasının deputatları konstitusiya məhkəməsinin razılığını almasalar üçdəiki səs toplamasalar, prezidentin impiçmenti prosedurunu reallaşdıra bilməyəcəklər. İmpiçment üçünMənim addımımblokuna 88 səs (hazırda blokda 83 səs var) lazımdır. Bir sıra müstəqil deputatlar da var ki, onların da mövqeyi bəlli deyil. İmpiçment prezident institutuna birbaşa təhdiddir. Bu proses hakim qüvvə üçün siyasi sui-qəsd olacaq”.

Bu arada Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini bəyan edib. O, baş qərargahın Nikol Paşinyanı hökuməti istefaya çağıran bəyanatına qoşulub. Mən hesab etmirəm ki, silahlı qüvvələr bu bəyanatı düşünmədən verib. Mən düşünürəm ki, onlar ciddi qərar qəbul ediblər bu bəyanata qoşularaq onu müdafiə edirəm”, - deyə general-leytenant bildirib. Daha sonra Baqmanyan əlavə edib: “Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, “1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi - güllələnmə, yanan maşınlar s”. -  deyə qiyamçı general bildirib.

Dünən Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə mitinq keçirilib. İştirakçılar 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad ediblər.

Xatırladaq ki, 2008-ci il martın 1-də keçirilən aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz ediblər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 nəfər etirazçı qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb. Baş verənlərlə bağlı indiyədək cinayət işi açılmayıb insanların qətlinə görə heç kəs cəzalandırılmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəyə gəldikdən sonra mart hadisələrinin istintaqına dair göstəriş verib. Nəticədə xüsusi istintaq qrupu yaradılıb 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri digər rəsmilərə qarşı cinayət işi qaldırılıb.

 

 

Paşinyan Serj Sarkisyanı ordunu təhrik etməkdə günahlandırdı

 

 

 

Dünən isə baş nazir Yerevanın Respublika meydanında, müxalifətinVətəni xilas hərəkatıisə Baqramyan prospektində mitinq keçiriblər.

Nikol Paşinyan mitinqdə çıxış edərək erməni xalqından buraxdığı kobud səhvlərə görə üzr istəyib. Bildirib ki, son 10 ayda hökuməti hər cür səhvlər buraxıb. Buna görə erməni xalqından üzr istəyir. On minlərlə də insanın iştirak etdiyi mitinq çox izdihamlı keçib. Tərəfdarlar “Xilaskar, Nikol!”, “Hər zaman səninləyik, Nikol!” şüarları səsləndiriblər.

Baş nazir oktyabrda ölkədə yeni referendum keçiriləcəyinin də anonsunu verib. Deyib ki, referendum ölkəni yenidən prezident respublikası formasına qaytarmaq üçün təşkil olunacaq. Hökumət rəhbəri müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da əlavə edib. “Gəlin seçkiyə gedək və baxaq, xalq kiminlədir”, - deyə o söyləyib.

Paşinyan keçmiş prezident Serj Sarkisyanı ordunu təhrik etməkdə günahlandıraraq deyib ki, 2008-ci ilin martında xalqa qarşı ordunu yeridən keçmiş prezident indibunu etməyə çalışır: “Bu insanlar ordunu xalqa və hökumətə qarşı yönəltməyə çalışırlar. Əks təqdirdə baş qərargahın açıqlamasını izah edə bilmərəm”.

 Müxalifətin təşkil etdiyi mitinq isə çox sönük keçib. Baş nazirin əleyhdarları hökumət binasına soxulublar. Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək nazirliklərin işçilərini Paşinyan tərəfdarlarının mitinqlərində iştirak etməməyə çağırıblar. Bundan sonra onlar Paşinyanın istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk ediblər.

Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət ağır olaraq qalır. Baş nazirlə prezident    ordu arasında münasibətlər gərginləşməkdə davam edir.

 

 Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 2 mart.- S.1;7.