Qarabağı cənnətə çevirməyə Azərbaycanın  maliyyə resursları da, siyasi iradəsi də var

 

Prezident İlham Əliyev: “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq”

 

 

Prezident İlham Əliyev  yerlixarici  media  nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycan həqiqətlərini dünyaya bir daha bəyan etdi.

Dövlət başçısına ünvanlanan 50 sual cavablandırılarkən   30 ilə yaxın  bir müddətdə  torpaqlarımızı  işğal altında saxlayan  erməni faşizminə  aid  çox məqamlar  yenidən  açıqlandı. Şanlı  qələbəmizdən söhbət getdi. Konfransın bütün  məzmunundan qırmızı xətlə keçən əsas mövzulardan biri də təbii ki, işğaldan azad edilmiş  ərazilərimizin  bərpası və neçə illərdir məcburi köçkün  həyatı sürən sakinlərinin oraya qaytarılması oldu .

Lakin başdan-başa  viran qoyulmuş  o yerlərdə  insanlar yalnız  köklü quruculuq işləri aparıldıqdan sonra yaşaya bilərlər. Çünki Prezidentimizin dediyi  kimi: “Ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.

Ona görə indi ərazilərin minalardan təmizlənməsi və bununla yanaşı, ziyanın qiymətləndirilməsi aparılır. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Pilot layihələrə, o cümlədən “Ağıllı kənd” layihəsinə artıq başlanıb.

Bu layihə Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində həyata keçiriləcək. Cari ilin sonuna qədər layihənin başa çatması gözlənilir. Orada bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və sonra təqribən 1000-ə yaxın insan yerləşəcək.  Belə pilot layihələr çox ola bilər,  indi onlarınn üzərində   gedir.

Böyük şəhərlərin baş planları tərtib edilməlidir. Məsələn, Ağdam şəhərində işğaldan əvvəl  40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı, əlbəttə, artıb. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər  salınmalıdır. Təkcə yaşayış evləri deyil,  məktəblər, xəstəxanalar inşa edilməlidir, bütün infrastruktur yaradılmalıdır. Bu işlər işğaldan azad olunmuş bütün bölgələri əhatə etməlidir.

Füzulidə  hava   limanının   tikintisinə  başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlər  operativ surətdə həll  olunur. Bu, beynəlxalq hava limanı olacaq. Onun uçuş-enmə zolaqları ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. İşlər plan üzrə getsə, aeroport bu il payızın əvvəlində istifadəyə veriləcək. Hava limanının  hazır olması həm ərazilərin bərpası üçün  xaricdən alacağımız yüklərin tez çatdırılmasına, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlməsinə   imkan verəcək.

Bununla eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Onlardan birinə  Prezidentimiz  Zəfər yoluadını verib. Çünki  Azərbaycanın xüsusi təyinatlı qoşunları Şuşa şəhərinə məhz həmin yolla meşələrdən vadilərdən keçərək gediblər. Nisbətən aran ərazidən keçən digər yol da hava  limanından birbaşa gediş-gəlişi təmin edəcək. Qarabağın mühüm logistika mərkəzinə çevriləcəyindən  burada aeroport tikmək planları təkcə Füzuli  ilə məhdudlaşmır.

Eləcə Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə olan böyük planlar  reallaşacaq.

Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlərin həyata keçirilməsinə başlanır.

Həyat  göstərir ki,  müsbət meyillər üstünlük təşkil edəndə hər bir layihə özündən sonra digər layihəni gətirib çıxarır. Prezident  enerji sektorunda indiyədək gerçəkləşən layihələrimizi misal gətirdi: “Biz birinci addımı atanda bəlkə təsəvvür etmirdik ki, bu gün qədər böyük layihələr icra edəcəyik. Birinci neft kəməri - Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 99-cu ildə istismara verilən Bakı-Supsa kəməri görün nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sərmayə qoyuluşu, yeni kəşfiyyatlar, eyni zamandaCənub qaz dəhlizi”. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı gizli məqamlar, fikirlər olmasın, səmimiyyət, qarşılıqlı inam maraqların bölgüsü olsun”.

İşğaldan azad edilmiş ərazilərdə indi  artıq kənd təsərrüfatı fəaliyyətinə   başlanıb, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Bu sahədə Azərbaycan geniş beynəlxalq əməkdaşlığa hazırdır   müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Müəyyən növləri barədə müxtəlif ölkələrdən sifarişlər alınır. Bunlar şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır.

Postmüharibə dövrü həqiqətən yeni perspektivlər açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin açılması üçün  nadir imkanlar yaranır.  Prezident İlham Əliyev müharibə başa çatdığına görə  əcnəbi investorların Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlarına əmin olduğunu ifadə etdi. Hələ müharibədən əvvəl  iki iri beynəlxalq şirkətin ümumi həcmi 440 meqavata bərabər günəş külək elektrik stansiyaları tikintisinə sərmayə yatırması barədə müqavilələr imzalandığını azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar olduğunu xatırladaraq dedi: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağıyaşıl enerjizonası elan etmişik bunun üçün, ilk növbədə, investorları gözləyirik”.

Prezident  həmçinin bütün işlərə dost ölkələrdən olan şirkətlərin cəlb edəcəyini  bildirdi. Belə ki, Türkiyədən olan şirkətlər artıq müxtəlıf  layihələrdə yer alıblar. Strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Onlar eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da  işləyirlər. Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Çünki inşaatda, infrastruktur işlərində və digər sahələrdə böyük təcrübələri var.

İran şirkətləri də dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Xudafərin su anbarının birgə istifadəsi  müzakirə edilib. Elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılıq əldə olunub. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Onların ümumi istehsal gücü 280 meqavat olacaqbu həcm iki ölkə arasında bölüşdürüləcək.

Eləcə də  Rusiya və Azərbaycan dost ölkələr   olduğuna görə təbii ki, işlərə Rusiya şirkətləri də cəlb ediləcək.

Bir sözlə, görüləcək işlərin həcmi böyükdür. İşğaldan 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Odur  ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər olacaq.

Bəs insanlar öz doğma torpaqlarına, yurd-yuvalarına nə vaxt qayıdacaqlar?

Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” dedi Prezidentimiz. Aydındır ki, dövlət başçısı maksimum qısa müddət ərzində o insanların yurd həsrətinə son qoyaraq onları  mərhələli şəkildə öz kəndlərinə, şəhərlərinə qaytarmaqda qərarlıdır. Həm də bu, orada yaşayış üçün ən yaxşı şərait  yaradılandan  sonra həyata keçiriləcək: “Onlar layiqli yaşamağamüasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da varbiz bunu edəcəyik”.

 

 Flora SADIQLI

Azərbaycan.-2021.- 3 mart.- S.1;3.