Erməni vandalizminə məruz
qalan tarixi-dini abidələrimiz:
Qiyaslı məscidi
Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı
xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib,
tarixi-mədəni təyinatına uyğun
olmayan şəkildə istifadə edilərək
vandalizmə məruz qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.
Qeyd
edək ki, Qiyaslı məscidi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə
yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət
qeydiyyatına götürülüb.
Qiyaslı
kəndindəki məsciddən fotoları təqdim edirik.
Azərbaycan.-2021.- 5 mart.- S.5.