Faciənin ekran, səhnə və musiqi yaşantıları

 

 

Xocalı müsibəti bədii əsərlərdə öz təcəssümünü tapdıqca daha çox  yaddaşlara yazılır. Hər il xalqımız, eləcə də dünya azərbaycanlılarının bu soyqıqımı ilə bağlı keçirdiyi təbliğat xarakterli tədbirlər bəşəriyyəti erməni vəhşiliyinin şahidinə çevirir.

Xocalı faciəsinin baş verdiyi məqamları lentə almaq sözün əsl mənasında qəhrəmanlıq idi. Milli Qəhrəman Çingiz Mustafayevin və fədakar jurnalist-operator Seyidağa Mövsümovun həmin o müdhiş günlərdə qanlı faciənin ağrılı anlarını lentə almaları soyqırımının dünyaya təqdim edilməsində mühüm faktor kimi daim öndə olub. Bundan sonra faciə haqqında sənədli, son illər isə bədii filmlər yaradılaraq dünya ictimaiyyətinə bir neçə dildə təqdim edildi.

“Düşmən laylası” adlı qısametrajlı film Xocalı faciəsinin ağrıları haqqındadır. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. İllər öncə hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. Ermənilərin atəşi altındakısonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayətlərini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları icraçıları - erməni hərbi komandirləri ilə söhbət edib.

Xocalı soyqırımından söz açanZülmətdən qaçarkənsənədli filmi ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir. Los-Anceles istehsalı olan burada fəaliyyət göstərən yəhudi kinematoqrafçıları tərəfindən yaradılan həmin sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələrini diqqətə çatdırır.

Müharibə uşaqları “Biz qayıdacağıqkinolentləri Xocalı soyqırımından bəhs edir. Rejissor Şamil Nəcəfzadənin çəkdiyiMüharibə uşaqlarıfilmində faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən ağrılı notlarla söz açılır. Rejissoru Könül Kərimova olan “Biz qayıdacağıqadlı ikinci filmdə Milli Qəhrəman Hikmət Nəzərlinin keçdiyi döyüş yolu işıqlandırılır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətləri olan Nüşabə Məmmədovanın ssenarisi əsasında lentə alınanHarayfilmi Xocalı faciəsinin bədii kinoda dolğun ifadəsidir.

Xocalı soyqırımı haqda ilk bədii kinolardan biri sayılanFəryad”ın ssenari müəllifi kinorejissor Vaqif Mustafayev, quruluşçu rejissoru isə mərhum sənətkar, baş rolun ifaçısı Ceyhun Mirzəyev olub.

Rejissor Mərahim Fərzəlibəyovun çəkdiyiQırmızı qarfilmini həyəcansız seyr etmək mümkün deyil. Xocalı   ümumiyyətlə, Qarabağ mövzusunda daha bir ekran əsəri Elxan Qasımovun “Biz qayıdacağıqfilmidir. Film Xocalıdan olan yeniyetmə bir oğlanın həyatından bəhs edir.

Xocalıfilminin müəllifi bədii kinonun imkanları çərçivəsində hadisələrin reallıqlarını tamaşaçıya çatdırır. Xocalı soyqırımına həsr edilən bir sıra ekran əsərləri var ki, onlardan biri Salnaməkinostudiyasında çəkilənDua rejissor Mehriban ƏləkbərzadəninXocalı soyqırımısənədli filmlərdir. “Azərbaycantelefilm”də lentə alınanXocalı”, “Xocalı soyqırımı”, “Xocalı şahidlərikimi nümunələr, əlbəttə, tamaşaçılarda faciənin nəinki ağrısını yaşadır, eyni zamanda onu qan yaddaşına yazır.

Rejissor Elşən ZeynallınınGünəşin batdığı yer”, Vahid MustafayevinXocafilmləri bu qəbildən olan ekran əsərlərindəndir.

Sonsuz dəhlizisə litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmidir. Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhərindəXocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ABŞ Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmışSonsuz dəhliz” (“Endless Corridor”) müstəqil sənədli filminin nümayişi beynəlxalq mediada böyük əks-səda doğurub.

Rejissoru Elmar Məlikov olanDəhliz”, həmçinin ssenari müəllifi Altay Yaşar, rejissoru Elxan Cəfərov, bəstəkarı Nailə Mirməmmədli, operatoru  Tanrıverdi Tanrıverdiyev olanDüşmən laylasıqısametrajlı filmləri Xocalı faciəsinin ağrılarını özündə əks etdirir. Xatırladaq ki, “Zülmətdən qaçarkən” sənədli filmi ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.

Xocalı soyqırımı bədii təcəssümünü, əlbəttə, kinofilmlərdə, ekran əsərlərində olduğu kimi, səhnədə də tapmaqdadır. Belə əsərlərdən biriAkademik Milli Dram Teatrında faciənin  növbəti ildönümü ilə bağlı təqdimatı keçirilmişBadam ağacı çiçəkləyəndə” tamaşasıdır. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tərəfindən ərsəyə gətirilib. Burada Gənc Tamaşaçılar Teatrının aktyor heyəti ilə yanaşı, kütləvi səhnələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri də iştirak edirlər.

Tamaşanın “Badam ağacı çiçəkləyəndə” adlandırılması heç də təsadüfi deyil. Çünki badam çiçəkləməyə başlayan ilk ağacdır. “Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi də Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskənlərindən olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir.

Rejissor Gülnar Hacıyevanın quruluş verdiyi tamaşada əsas obrazları aktyorlardan Kərəm Hadızadə, Zemfira Əbdülsəməd, Mirzağa Mirzəyev, Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova, Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və Manaf Dadaşov canlandırır.

Xocalı soyqırımı haqqında bir sıra mahnılar və musiqi kompozisiyaları da bəstələnib: Pyer Tilloyun “Xocalı 613” musiqi pyesi, Məmməd Quliyevin “Simfoniya - rekviyem”, Aleksandr Çaykovskinin “Khojaly Requiem”, Nəriman Məmmədovun “Xocalı” (7 saylı simfoniya), Elnarə Dadaşovanın “Xocalı laylası”, “Dəyirman” və Toni Blekmenin “Justice for Khojaly”, Qaraqanın “Xocalı”, Nigar Camalın “Broken Dreams” mahnıları və s. kimi əsərlər faciənin dəhşətlərini dinləyicilərə musiqinin dili ilə çatdırır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 5 mart.- S.6.