Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya bir daha çatdırdı

 

Dövlət başçısının səsləndirdiyi bu həqiqətlər dünya mediasının gündəmindən düşmür

 

 

Prezident İlham Əliyevin yerlixarici media nümayəndələri üçün mətbuat konfransının fevralın 26-da - Xocalı soyqırımı günündə keçirilməsi  təsadüfi deyildi. Dövlət başçısı həmin gün bir daha dünyaya erməni faşizminin Xocalıda törətdiyi soyqırımı barədə geniş məlumat verdi.

Məlumdur ki, ermənilər bu faciəni hər vəchlə gizlətməyə çalışırlar. Bununla yanaşı, fürsət düşdükcə Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşilikləri ermənilərin özlərinə qarşı həyata keçirilən soyqırımı kimi qələmə verməyə də cəhd edirlər. Odur ki, Prezidentin bu soyqırımı barədə verdiyi mötəbər məlumatlar bir daha dünyaya erməni faşizminin üzünü açıb göstərdi. Konfrans boyu 30 illik işğala və postmüharibə dövrünə aid  bir çox həqiqətlər  də çatdırıldı.

Tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi  ölkəmizə   marağı daha da artırıb. Hələ də dünyanın aparıcı kütləvi informasiya vasitələri bu müharibə barədə geniş məlumatlar verir. Hərb, siyasət və diplomatiya üzrə ekspertlər müxtəlif istiqamətlərdə  müharibənin gedişini və nəticələrini təhlil edib qiymətləndirirlər. 

Prezidentə verilən suallardan aydın olur ki, jurnalistləri maraqlandıran suallar çoxşaxəlidir. Belə ki, onlar Vətən müharibəsində qazandığımız qələbə, işğal nəticəsində törədilən vandalizm,  bərpa-quruculuq işləri, Ermənistanın üçtərəfli bəyanata əməl edib-etməyəcəyi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması s. ilə bağlı  suallar səsləndirirdilər. Kütləvi informasiya vasitələri nümayəndələri mətbuat konfransından öncə işğaldan azad edilən ərazilərə getmiş  ermənilərin törətdikləri vəhşiliklərin şahidi olmuşlar.  Özlərini dünyaya qədim mədəni xalq kimi sırımaq istəyən ermənilərin törətdikləri dağıntılar onları heyrətləndirmişdi.  Görünür, ermənilərin illərlə yalan danışdıqlarına artıq  inanmışdılar. Həmin ərazilərin ermənilər tərəfindən vəhşicəsinə talan edilməsindən az qala şoka düşmüşdülər. Onlar bir çox münaqişələri görmüş jurnalistlər idi. Ancaq bu cür vandalizmin  yəqin  heç yerdə  şahidi olmamışdılar.

Dövlət başçısı işğaldan azad edilən ərazilərdə dəhşətli dağıntıların olmasına baxmayaraq, orada yenidən geniş bərpa-quruculuq işlərinin aparılacağını jurnalistlərin diqqətinə çatdırdı. Bildirdi ki, bu ərazilərin yenidən bərpası üçün dövlət tərəfindən böyük layihələr hazırlanır. Bunun üçün bölgədə yeni  infrastruktur qurulur.  Füzuli hava limanının tikintisi məsələsinə  toxunuldu. Həmçinin işğaldan azad olunan ərazilərdə quruculuq işlərinin sürətlə həyata keçirilməsinə ermənilərin basdırdıqları minaların mane olduğu vurğulandı. Bununla belə hava limanında uçuş-enmə zolaqları aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri qısa müddətdə istifadəyə veriləcək. Bu,  beynəlxalq hava limanı  olacaq. Onun uçuş-enmə zolaqları ən ağır təyyarələr daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Eləcə Laçın Zəngilanda  yeni aeroportların tikintisinin proqnozlaşdırıldığı bildirilirdi.

Əlbəttə, kiçik bir ərazidə üç hava limanının tikilməsi dövlətin bu bölgəyə verdiyi əhəmiyyətdən irəli gəlir. Məqsəd işğaldan azad edilən torpaqların turizm imkanlarından  səmərəli istifadə etmək, yerli əhalinin gediş-gəlişini asanlaşdırmaq, eyni zamanda bu ərazilərin bərpası üçün yükdaşımaların səmərəliliyini təmin etməkdir.

Dövlət başçısı jurnalistlərə tarixi qələbəmizdən sonra yaranan yeni situasiya barədə məlumat verdi. Bildirdi ki, Ermənistanın işğalı üzündən 30 ildən çoxdur ki, Azərbaycanın Naxçıvan MR ilə  quru yol əlaqəsi kəsilmişdi. İmzalanan üçtərəfli bəyanatdan sonra bu nəqliyyat dəhlizi təkcə ölkəmiz üçün deyil, eləcə region üçün böyük əhəmiyyət qazanıb. Belə ki, Mehri dəhlizi bərpa edildikdən sonra Azərbaycan, Türkiyə, İran, Rusiya Gürcüstanın iqtisadi əməkdaşlığı üçün yeni imkanlar açılacaq. Mehri dəhlizinin əhəmiyyəti bununla bitmir. Bu marşrut tezliklə Asiya ilə Avropa arasındakı yükdaşımalarda özünəməxsus yer tutacaq. Sözügedən xətt  eyni zamandaŞimal-cənub nəqliyyat dəhlizi”nin vacib bir sahəsinə çevriləcək. Bu da şimaldan Yaxın Şərqə Fars körfəzinə yüklərin daşınması üçün yeni imkan yaradacaq. Dövlət başçısı bunları deməklə həm dünyaya bir mesaj vermiş oldu. Yəni münaqişənin həlli təkcə ölkəmiz üçün deyil, həm dünya üçün əhəmiyyətli bir hadisədir.

Prezident İlham Əliyev jurnalistlərin marağını nəzərə alaraq işğaldan azad olunan ərazilərə qayıdış bərpa-quruculuq işləri barədə geniş məlumat çatdırdı. Dövlət başçısı bildirdi ki, orada bərpa-quruculuq işləri aparılarkən ekologiyanın bərpasına, həmçinin ekoloji cəhətdən təmiz enerjinin istifadəsinə üstünlük veriləcək. Belə ki, bölgə bu sahədə böyük potensiala malikdir.  Kəlbəcər-Laçın zonasında külək, Zəngilan-Cəbrayıl zonasında isə Günəş stansiyalarının tikilməsiyaşil enerji”dən  istifadəyə imkan yaradacaq. Bununla yanaşı, Laçın, Qubadlı Kəlbəcər rayonlarında çoxlu su elektrik stansiyaları mövcuddur. Onlar ermənilər tərəfindən dağıdılıb. Hazırda bu stansiyalarda bərpa işləri həyata keçirilir. Artıq Qubadlıdakı Güləbird Su Elektrik Stansiyası təmir olunaraq istifadəyə verilib. 

İşğaldan azad olunan ərazilərdə yaşayan insanların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Qeyd edək ki, bu regionun aqrar potensialı böyükdür. Həmin ərazilərdə kənd təsərrüfatının bərpasına xüsusi diqqət yetirilir. Artıq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi bölgənin bu sahədəki imkanlarını yeni şəraitə uyğun araşdıraraq dövlətə müvafiq təkliflər verib. Prezident mətbuat konfransında bildirdi ki, işğaldan azad olunan torpaqlardan ilk növbədə kənd təsərrüfatı sahəsində istifadə edilməyə başlanıb. Burada 7 min hektar sahədə payızlıq buğda əkilib. Cari ilin yayında  işğaldan sonrakı ilk  taxıl biçini həyata keçiriləcək. 

Prezident İlham Əliyev jurnalistlərin ən çox maraqlandığı məsələrdən biri olan məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə sualları cavablandırarkən demişdir: “Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatdıqdan sonra artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlardaağıllı kəndlayihəsi artıq gerçəkləşməyə başlamışdı. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişəm ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyirik”.

 

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2021.- 10 mart.- S.1;3.