Yüksək immunitet sağlamlığın əsas şərtidir

 

 

Bir ildən çoxdur ki, koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Artıq dünyada bu təhlükəli bəlaya yoluxanların ümumi sayı 116 milyonu ötüb. Ötən ilin sonlarından isə COVID-19-a qarşı ən effektiv mübarizə üsulu olan peyvəndləməyə start verilib.

Azərbaycan da koronavirusa qarşı vaksinasiyaya erkən başlayan ölkələr sırasındadır.  Belə ki, yanvar ayının 18-dən ilkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndlənməsi təmin olunub. Vaksinasiya könüllülük prinsipi ilə və dövlət hesabına həyata keçirilir. Ölkəmizdə ÇininSinoVac” şirkətinin istehsal etdiyiCoronoVAC” vaksinindən istifadə olunur.

Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosialtibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxmaölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaqdan, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdan, ölüm halının qarşısını almaqdan və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

İki aya yaxındır ki, bütün rayonlarda mərhələli şəkildə aparılan vaksinasiya prosesi uğurla davam edir. Hazırkı dövrədək respublikamızda yeni koronavirus infeksiyasına qarşı 428 mindən çox şəxs peyvəndlənmə prosesində iştirak edib.

Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqındakı hesabatda bildirilir ki, COVID-19 xəstəliyinə yoluxmalarda ağırlaşmaların qarşısının  alınması məqsədilə  hava-damcı yolu  ilə keçən  yoluxucu xəstəliklərə  qarşı (mövsümi qrip)  tibbi heyət və  xroniki xəstəlikləri olan şəxslərin vaksinasiyası üçün 11488.5 min manat məbləğində vəsait ayrılıb.

Məlumata əsasən,  2020-ci ilin 12 oktyabrından başlayaraq 208 min nəfər hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərə qarşı peyvənd olunub.

Mütəxəssislər bildirirlər ki, vətəndaşlar arasında kütləvi peyvəndləmə aparılması insanlarda infeksiyaya qarşı dözümlülük yaradacaq. Amma vaksinasiya mərhələsində də COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək lazımdır.

Vurğulayaq ki, ölkəmizdə sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması, bir çox yerlərinin fəaliyyətinə icazə verilməsi, məktəblərdə əyani tədrisin bərpası və bu kimi digər yumşaldıcı tədbirlər ictimai aktivliyi artırıb. Amma təəssüf ki, xeyli zamandır yoluxma sayında əldə olunan müsbət tendensiyanın əksinə olaraq, yoluxma hallarında yenidən müəyyən artımlar müşahidə olunur.

Ölkə üzrə COVID-19-a ən yüksək yoluxma isə 52.2 faiz olmaqla Bakı şəhərinin payına düşür. “Koronavirus.info” saytının məlumatına əsasən, bu say Aranda 13.1, Abşeronda 12.9, Gəncə-Qazaxda 8.1, Şəki-Zaqatalada 3.3, Quba-Xaçmazda 3.0, Lənkəranda 2.8, Dağlıq Şirvanda 2.5, Yuxarı Qarabağda 1.4 faizdir. Naxçıvanda yoluxma 0.04 faiz, ölkəxarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə koronavirusa ən yüksək yoluxma 15 faiz olmaqla Binəqədi rayonundadır. Yoluxma Xətaidə 13.1, Yasamalda 12.1, Sabunçuda 10.8, Suraxanıda 8.2, Nərimanovda 8.2, Nəsimidə 7.8, Nizamidə 7.0, Xəzərdə 6.9, Qaradağda 5.2,  Səbaildə 5.1, Pirallahıda 0.5 faiz təşkil edir.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına ardıcıl bir neçə dəfə yoluxmaq immunitetin zəifliyindən xəbər verir. Xüsusilə pandemiya dövründə immun sistemi güclü olmayanlar daha çox xəstələnirlər. Orqanizm stres, qeyri-müəyyən həyat tərzi, digər xəstəliklərdən zəiflədikdə virusa yoluxma halı daha çox müşahidə edilir.

Baş infeksionistin sözlərinə görə, hər bir orqanizmin immun sistemi fərqli olur. İmmun sisteminin zəifləməsinə səbəb olan amillər sırasına qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, stresə meyillilik, hipodinamiya, yəni fiziki fəallığın az olması, yaş artdıqca orqanizmə müxtəlif xroniki xəstəliklərin toplanması onların verdiyi ağırlaşmalar daxildir.

Bədəndə mikrobların aradan qaldırılmasına qədər çox ehtiyac duyularsa, bir o qədər çox qoruyucu reaksiyalar baş verir. İmmun sistemi zəif olduqda isə orqanizm xəstəliklərə qarşı mübarizə apara bilmir. Həkimlər deyirlər ki, xüsusilə soyuq mövsümdə vitamin minerallarla zəngin qidalar qəbul edilməli, bədənin kənar təsirlərə qarşı müdafiəsi gücləndirilməlidir.

T.Eyvazov söyləyib ki, qidalanma zamanı orqanizmə lazım olan vitamin minerallar üstünlük təşkil etməlidir. Yuxu rejiminə düzgün əməl olunmalıdr, çünki yuxuda immun hüceyrələrinin sayı artır. İnfeksiyaya qarşı müqavimətin gücləndirilməsinin digər bir yolu isə süni immunitetin yaradılmasıdır. Yəni vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı da dözümlülük yaranacaq: “Yüksək immunitet sağlamlığın fundamentidir. Onun olmaması virusun yaranma hallarını qaçılmaz edir. Yaşlanma ilə əlaqədar bədəndəki biokimyəvi funksiya pozuntuları hüceyrələrdən orqanlaradək bir çox proseslərdə dəyişikliklərə səbəb olur immun sisteminə təsir göstərir. Ona görə mütəxəssislər soyuq aylarda, xüsusilə yaşlı insanların infeksiyalardan qorunmasına diqqət yetirməyi tövsiyə edirlər”.

Göründüyü kimi, koronavirus adlı qlobal bəla ilə mübarizədə ən effektiv vasitə vaksindir. Amma əhalinin çox hissəsinin peyvəndlənməsi kütləvi immunitet qazanılması üçün zaman lazımdır. Odur ki, bu həssas məqamda arxayınlaşmamaq COVID-19-a qarşı tədbirli olmaq vacibdir.

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 11 mart.- S.1;6.