Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi genişlənir

 

Bu proqram ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını təmin edir

 

 

Müasir dünyada ailə biznesinə xüsusi diqqət yetirilir, onun inkişaf etməsi və müdafiəsi üçün ciddi tədbirlər görülür. Son dövrlər Azərbaycanda da bu sahəyə maraq artdığından digər ölkələrin təcrübəsinə nəzər yetirmək yerinə düşər.

Özünüməşğulluq proqramı beynəlxalq təcrübədə bir çox ölkələrdə tətbiq edilir. Hər bir ölkənin milli prioritetlərinə görə bu proqramın tətbiq sahələri fərqlidir. Məsələn, Yaponiyada minlərlə insan milli geyimlərin hazırlanması ilə məşğul olur və güzəranlarını bununla təmin edirlər. Dövlət özlərini ailə biznesi ilə təmin edən insanlara xüsusi qayğıkeşlik və mərhəmətlə yanaşır. Bu ölkədə ailə biznesinin sadə formaları ilə yanaşı, daha mürəkkəb formaları da mövcuddur.

Alman iqtisadiyyatının da aparıcı qüvvəsini nəsildən-nəslə keçən ailə biznesi təşkil edir. Amma bu ölkədə ailə biznesi bir qədər fərqlidir. Almaniyada onun əsas qüvvəsini 10 nəfərədək işçisi olan kiçik ailə müəssisələri təşkil edir. Özəl sektorda çalışmaq istəyənlərin yarıdan çoxu məhz onlar tərəfindən işlə təmin edilirillik dövriyyələri də nəzərəçarpacaq dərəcədə yüksəkdir. Ailə biznesi ilə məşğul olanların arasında  böyük qazanc əldə edən iri şirkətlər də mövcuddur. Bu gün Almaniyadakı 500 böyük ailə müəssisəsinin orta ömrü 101 ildən yuxarıdır. Ailə müəssisələri ən çətin vaxtlarda alman iqtisadiyyatını sabitləşdirmək gücünə qadir olublar.

Böyük Britaniyada özünüməşğulluq proqramının iştirakçıları az gəlirli təbəqə deyil, yaşları 50-ni ötən kişi və qadınlardır. İspaniyada isə özünüməşğulluq iştirakçılarına vəsaitlərin hissə-hissə davamlı ötürülməsi biznesin dayanıqlı maliyyə əldə etməsinə zəmin yaradır.

Azərbaycanda ailə biznesinə özünüməşğulluğun təmin edilməsi rakursundan baxılır. Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı hazırda uğurla həyata keçirilirbir neçə dövlət qurumu tərəfindən birbaşa ciddi dəstəklənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaqya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərir. Ailə təqdim etdiyi biznes-plana uyğun olaraq istehsalya xidmət avadanlıqları ilə təmin edilir. Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikrokiçik sahibkarlığın inkişafını və ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dövlət Məşğulluq Agentliyi ilə özünüməşğulluq proqramına innovativ layihələrin cəlb edilməsi istiqamətində uğurla əməkdaşlıq edən vacib qurumlardan biridir. İİTKM-in saytında məlumat verilir ki, mərkəzin operatoru olduğu Enterprise Azerbaijan portalına daxil olan innovativ layihələr və biznes-planlar Dövlət Məşğulluq Agentliyinə təqdim edilir.

İİTKM-in təqdim etdiyi geniş şərhdə əhalinin sosial cəhətdən həssas təbəqəsini təşkil edən insanlara verilən müavinət və yardımların onların əmək bazarında məşğulluğunun təmin olunmasına yönləndirildiyi bildirilir. Burada vacib məqamlardan biriodur ki, aktivlər əsasən sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə ayrılır. Bu aktivlər isə biznes mühitində daha dayanıqlı və gəlir gətirən sahələrə yönəldilir. Məqsəd aztəminatlı ailələrin yardımdan asılılıqlarına  son qoyaraq maliyyə dayanıqlıqlarını təmin etməkdir. Artıq bu yolla ölkədə minlərlə ailə ilkin biznesini qurmuş, daha çox qazanmaq şansı əldə etmişdir.

İİTKM-in analitiki Ayhan Satıcı da bildirir ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanması zamanı həssas və sosial cəhətdən aztəminatlı qrupları təmsil edənlərə daha çox üstünlük verilir. Qanunvericiliyə görə, dövlətin sosial yardımı ayrılarkən əlilliyi olanlara, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına 2 ildən az qalmış şəxslərə və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu isə o deməkdir ki, yaşından və sosial durumundan asılı olmayaraq təşəbbüsü və ideyası olan istənilən Azərbaycan vətəndaşı həyatını yenidən qurmaq, sahibkara çevrilmək imkanı qazanır. Beləliklə, özünüməşğulluq proqramı çoxsaylı insanlara həyatda özlərini sınamağa, öz güzəranlarını sərbəst təmin etməyə əvəzsiz imkanlar yaradır.

Ayhan Satıcı onu da qeyd edir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşların layihədə iştirakının təmin edilməsi bir neçə mərhələdən sonra baş tutur: “Belə ki, nazirlik tərəfindən məşğulluq orqanlarında işsizişaxtaran kimi qeydiyyata alınan şəxslər sonradan biznesin təşkili ilə bağlı təlim kurslarına cəlb edilirlər. Uğurla təlim kurslarını bitirən və biznes-planları qəbul olunan şəxslər sonradan ayrılan kvota çərçivəsində aktivlərlə təmin edilirlər”.

Azərbaycan ən qabaqcıl təcrübələrin tətbiqi baxımından proqramın davamlı inkişafında maraqlıdır. Ayhan Satıcı şərhində yazır ki, Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramı digər ölkələrlə müqayisədə uğur faizi yüksək olan layihələrdəndir. Bütün bunlar isə ölkəmizdə özünüməşğulluq proqramının gələcəkdə əhatə dairəsini genişləndirərək daha da inkişaf edəcəyini deməyə əsas verir.

 

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2021.- 11 mart.- S.1;6.