B.H.Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2021-ci il

Azərbaycan.-2021.- 11 mart.- S.2.