Ələkbər Salahzadə yaradıcılığı Türkiyə ədəbiyyat portalında

 

Türkiyənin populyar erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin türk dilinə tərcümə edilmiş “Üstümə gəlir”, “Birgördün”, “Yol” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın klassikmüasir ədəbiyyatının seçmə nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsinin yayımına başlayıb.

 

Azərbaycan.-2021.- 12 mart.- S.9.