Xaqani Şirvaninin 895 illiyinə həsr olunan metodik vəsait hazırlanıb

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Əfzələddin Xaqani Şirvaninin (1126-1199) 895 illiyinə həsr olunan metodik vəsaiti istifadəçilərə təqdim edib.

Vəsait şəhər-rayon kitabxanalarının uşaq şöbələri, mərkəzləşdirilimiş kitabxana sistemlərinin filialları və məktəblər üçün nəzərdə tutulub.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, “Töhfətul-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətul-İraqeyn” poeması daxildir.

Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan və dünya poeziyasının qiymətli incisi” adlanır və Xaqaninin həyat və yaradıcılığından bəhs edir. İkinci hissədə isə şairin yaradıcılığı ilə bağlı tədbirlərin təşkili barədə metodik tövsiyələr verilib.

 

Azərbaycan.-2021.- 12 mart.- S.9.