Vətən müharibəsinin şəhidi Niyazi İsgəndərovun ailəsinə üçotaqlı mənzil verildi

 

 

Şəhid ailələrinin dəstəklə təminatı, o cümlədən mənzil-məişət məsələlərinin həllində sosial məsuliyyətdən çıxış edən sosial tərəfdaşlarımız tərəfindən xeyirxah təşəbbüslər, nəcib addımlar davam edir. “AS Group İnvestment” MMC şirkəti bu proseslərə öz töhfəsini verir.

Vətən müharibəsində şücaət göstərmiş döyüşlərin birində ağır yaralanaraq şəhid olmuş çavuş Niyazi İsgəndərovun ailəsinin mənzil-məişət şəraitinin ağır olması səbəbindən ailənin yeni mənzillə təmin olunması məsələsi diqqətdə saxlanıb.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin sosial tərəfdaşlarından olan “AS Group İnvestment” MMC şirkəti bu istiqamətdə dəstəyini göstərib. Mingəçevir şəhərində yataqxanada yaşayan şəhid ailəsinə şirkət tərəfindən həmin şəhərdəki “Park Residence” yaşayış binasından 3 otaqlı mənzil hədiyyə edilib.

Şirkətin nazirliyin nümayəndələri şəhidin ailəsi ilə görüşərək onlara mənzil sənədlərini təqdim ediblər. Yeni mənzilin tam təmiri bütün lazımi avadanlıqlarla təchizatını da şirkət öz üzərinə götürüb.

Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il Aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənib Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. Oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə İsgəndərov Niyazi Şahvələd oğluVətən uğrunda”, “Laçının azad olunmasına görəmedalları ilə təltif edilib.

Şəhidin ailəsinə aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanılacaq.

 

 

Azərbaycan.-2021.- 13 mart.- S.5.