Ombudsman işğaldan azad edilmiş ərazilərdə işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat verib

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat verib.

Ombudsman Aparatından APA-ya bildirilib ki, bəyanatda deyilir:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlığımı ifadə edirəm.

Ermənistan Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatmışdır. Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri beynəlxalq hüquqa uyğun olaraq azad edilib.

Buna baxmayaraq, azad olunmuş şəhər kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilərişarə olunmadan minalanmışdır. İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilmişdir Ermənistan hələ bu minaların xəritəsini verməkdən imtina edir”.

Bildirilib ki, müharibənin başa çatmasından sonra hərbi qulluqçular mülki şəxslərin minaya düşərək həlak olduğu ya yaralandığı onlarla hal baş verib. Müharibənin bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki şəxs həlak olub, 11 şəxs isə ağır yaralanıb: “Minalar onilliklər boyu aktiv qala ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək post-münaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Ermənistan bütün işğal olunmuş ərazilərdə hərbi obyektlərə qarşı nəqliyyat vasitələri əleyhinə minalarla yanaşı, insan əleyhinə minalardan da istifadə etməklə beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur Azərbaycan üçün həmin minaların ağır nəticələrinin qarşısını alacaq minalanmış ərazi xəritələrini verməkdən boyun qaçırır.

1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır.

Ermənistan insanların həyat sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir.

Günahsız insanların həyat sağlamlığını qorumaq insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram”.

 

Azərbaycan.-2021.- 13 mart.- S.6.