“Şəhid olsam, ağlamayın”

 

Şəhid kapitan Emin Mahmudovun ailəsinə dediyi son söz bu olub

 

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə dövlətimizin qədər qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız 44 günlük müharibədə böyük uğur qazanaraq bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir onun qüdrətli ordusu var. Bu ordu lazım gələndə yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə layiq olduğu yeri göstərməyə qadirdir.

Xalqımız indi haqlı olaraq bu cür ordu onun vətənpərvər, qorxmaz, qeyrətli əsgər zabitləri ilə fəxr edir. Belə oğullardan biri də düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək əbədi ölməzlik zirvəsinə yüksələn kapitan Mahmudov Emin Pünhan oğludur.

Emin Mahmudov 1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. Hələ uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. Vətənə, torpağa, xalqa xidmət etmək arzusu ilə Ali Hərbi Akademiyanı yüksək qiymətlərlə bitirərək ən qaynar nöqtələrdə xidmətə başlayıb. İdmanla məşğul olduğu üçün fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilən Emin xidmət zamanı bir çox fəxri fərmanlarla və medallarla mükafatlandırılıb.

O, 2016-cı ilin aprel döyüşlərində peşəkar zabit kimi böyük şücaət göstərib. İkinci Qarabağ müharibəsində də qəhrəmanlıq nümayiş etdirən Emin Suqovuşan qəsəbəsinin azad edilməsinin iştirakçısı olub. Füzulinin, Cəbrayılın bir sıra kəndlərinin azad olunmasında iştirak edən Emin Hadrut qəsəbəsinin düşməndən təmizlənməsində xüsusi xidmət göstərib. Hərbçi yoldaşlarının dediklərinə görə, o, döyüşlərin birində yaralansa da, son nəfəsinədək vuruşub, Hadrutda 80-dən artıq əsgərimizin düşmən mühasirəsindən çıxmasında fədakarlıq göstərib. Lakin ağır gedən döyüşlərin birində Emin düşmən gülləsinə tuş gəlib, elinə-obasına şəhid kimi dönüb.

Tovuzda olarkən şəhidin ailəsi ilə görüşməyi qərara aldıq. Bizi şəhidin atası Pünhan kişi, hələ də başlarındakı qara yaylıqları açılmayan anası Bəsti və həyat yoldaşı Aytac xanım qarşıladılar. Pünhan kişinin ilk sözü bu oldu: “Biz Eminlə fəxr edirik. Hər birimiz yaşımızdan aslı olmayaraq vətənimiz, torpağımız uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Mənim 60-a yaxın yaşım var, ancaq bu dəqiqə vətən yolunda döyüşə getməyə hazıram. Bundan böyük şərəf ola bilməz. Qürur hissi keciririk ki, Qarabağımızı işğaldan azad etdik. Mənim oğlum da Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi. Bu da onun taleyi imiş. Vətən sağ olsun!”

Pünhan kişi onu da dedi ki, axırıncı dəfə Eminlə oktyabrın 11-də  telefonla danışıb: “Dedi ki, məndən nigaran qalmayın. Hər şey yaxşı olacaq. Sonra həyat yoldaşı ilə danışdı. Nə dedisə yoldaşının rəngi ağardı. Sonra öyrəndik ki, ona deyibmiş ki, hər şey ola bilər. Sən zabit yoldaşısan. Odur ki, şəhid olsam, ağlama”.

Eminin 4 yaşlı oğlu Hüseynyaş yarımlıq qızı İnci yadigar qalıb. Üçüncü övladı isə bu yaxınlarda dünyaya gələcək. Döyüşlərə atılanda həyat yoldaşına deyib ki, qızı olsa adını Zeynəb, oğlu olsa İlham qoyarsınız.

Ailə üzvləri evin bir küncündə Eminin aldığı mükafatlardan və şəkillərdən ibarət  guşə yaradıblar. Guşə ilə tanış olarkən gözümüzə divardan asılmış saz sataşdı. Saza diqqətlə baxdığımızı görən atası Pünhan dedi ki, Emin saz havalarını çox sevirdi. Özüsazda ifa etməyi çox xoşlayırdı.

Emin Mahmudov Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 14 mart.- S.6.