Dünya Bankı Azərbaycanın yeni uğurunu elan etdi

 

 

 

Dünya Bankının hazırladığıİqtisadi İnklüzivliyin Vəziyyəti” 2021-ci il hesabatına əsasən, Azərbaycan həyata keçirdiyi inklüzivlik proqramları ilə digər ölkələrə nümunə ola bilər.

 

Hesabatda ölkəmizdəMəcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsitəhlil edilib. İlk dəfə təqdim olunan   təhlildə ifrat yoxsul həssas əhali qrupları üçün nəzərdə tutulan iqtisadi inklüzivlik proqramlarının qlobal qiymətləndirilməsi aparılıb.

 

Hesabat bu sahədə məlumat boşluğunu doldurmaqla yanaşı, iqtisadi inklüzivlik proqramlarının ilk dəfə  sistematik icmalını təqdim edir. Eyni zamanda  təhlildə ölkələrin sosial müdafiə sisteminə, yeni yerləri minimum iqtisadi vasitələrlə təminata investisiyaları artırmaq yolları maliyyə əlçatanlığı ilə ən yoxsul əhalinin özünə layiqli gələcək qurmaq imkanlarını aydınlaşdırır. 219 aktiv iqtisadi inklüzivlik proqramı həyata keçirən 75-dən çox ölkənin təcrübəsi təhlil edilən hesabatda iqtisadi inklüzivlik məzun proqramlarının genişləndirilməsi imkanları da araşdırılır.

 

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki Günay Quliyeva şərhində yazır ki, təqdim edilən təhlildə baza-xərc strukturunun dəqiqləşdirilməsi iqtisadi inklüzivlik proqramlarının xərc səmərəliliyini daha yaxşı qiymətləndirməyə şərait yaradır. Hesabat hökumət qeyri-hökumət proqramlarının mürəkkəb xərc təhlilini sadələşdirməyə yeni imkanlar açır: “Hesabatda göstərilir ki, iqtisadi inklüzivlik proqramlarının ümumi dəyərinin hesablanmasındaetiket qiyməti” (price tag)  yanaşması yanlış ola bilər.  Belə ki, iqtisadi inklüzivlik proqramlarının dəyəri qrantlar, pul köçürmələri, aktiv ya istehsal  vasitələri transfertləri sosial müdafiə ödəmələri formalarından birini istifadə edərək yaradılan dəyərlə müəyyənləşir. Hesabatın nəticələrinə əsasən, təhlil olunan 219  iqtisadi inklüzivlik proqramının müəyyən dövr üçün  (ortalama 3 il yarım) adambaşına yaratdığı dəyər 41 ilə 2253 ABŞ dolları   (2011-ci  il alıcılıq qabiliyyəti pariteti üzrə)  arasında dəyişir. Azərbaycan bu göstərici üzrə adambaşına 2056 ABŞ dolları dəyər yaratmaqla ən yuxarı sıralardadır”.

 

İİTKM-nin baş analitikinin şərhində o da bildirilir ki, hesabata görə, Azərbaycanda seçilmiş proqram əsasən iqtisadi fəaliyyətin inkişafına özünüməşğulluğa yönəldiyi üçün başlıca xərc komponenti ümumi xərcin 56 faizi olmaqla   aktiv transfertləri təşkil edir. Çatdırılma işçi xərclərinin ümumi xərclərdə dəyəri üzrə Azərbaycan 14 faizlə təhlil olunan proqramlar üzrə orta göstərici olan 13 faizdən cüzi aşağıdır. Hesabata əsasən, inklüzivlik proqramlarında həssas əhali qrupunun iqtisadi inkişafını təmin etmək üçün aktiv transfertlər (adambaşına düşən orta illik istehlakın 67 faizini təşkil edən 1469 ABŞ dolları dəyərində) göstəricisinə görə Azərbaycan sıralanan ölkələr arasında liderdir. YəniMəcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsiçərçivəsində verilən qrantlar bankda hesab açıb hüquqi şəxs kimi aidiyyəti qurumlarda qeydiyyatdan keçərək biznes fəaliyyətinə başlamağa imkan verir.

 

Beləliklə, İİTKM-nin baş analitiki Günay Quliyeva  yekun qənaətə gəlir.  Onun  sözlərinə görə, hesabatın hazırlanması zamanı aparılan təhlillər bir daha  təsdiq edir ki, Azərbaycan həssas əhali qrupunu layiqli həyat şəraiti ilə təmin etmək üçün iqtisadi inklüzivlik proqramlarını uğurla həyata keçirir. Bu təcrübədən Qarabağa böyük qayıdış prosesində geniş istifadə olunacaq.

 

 

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.1; 4.