10 min nəfərədək şəxsi heyət, 100-dək zirehli texnika, 200-dək artilleriya qurğusu, 30-dək hərbi aviasiya

 

 

 

Növbəti hərbi təlim Azərbaycan Ordusunun dünyanın ən güclüləri arasında olduğunu bir daha təsdiqlədi

 

 

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll edə biləcəyini heç vaxt gizlətmirdi. Hər zaman bəyan olunurdu ki, Ermənistan öz xoşu ilə işğal etdiyi torpaqlarımızı azad etməsə, ordumuz öz sözünü deyəcək.

 

 

 

Beləliklə, Azərbaycan dediyini etdi, 44 günlük Vətən müharibəsində ordumuz müqəddəs missiyasını layiqincə yerinə yetirdi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərbçilərimiz yeni tarix yazdılar, dövlətçiliyimizi, müstəqilliyimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdilər.

 

 

 

Müharibəyə hazırlıq bütün istiqamətlərdə aparılırdı

 

 

 

Bu müharibəyə Azərbaycan çoxdan hazırlaşırdı. Prezident İlham Əliyevin  Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd etdiyi kimi, bu hazırlaşma olmalı idi. Danışıqlar dövründə respublikamıza çox böyük təzyiqlər oldu, amma İlham Əliyev ölkəmizin mənafelərini qətiyyətlə qorudu, Ermənistanın maraqları naminə münaqişənin güc yolu ilə həllinə qarşı çıxanların, hərb variantını istisna edənlərin təkliflərini yaxına buraxmadı.

 

Hazırlıq müxtəlif istiqamətlərdə həyata keçirilirdi. Beynəlxalq müstəvidə Ermənistanın işğalçılıq siyasətinə qarşı fəal aparılırdı. İkinci Qarabağ müharibəsi üçün beynəlxalq hüquqi baza daha da möhkəmləndirilirdi.

 

1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanın maraqlarına cavab verən qətnamə qəbul etmişdi. Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Avropa İttifaqı ilə imzalananTərəfdaşlıq prioritetlərisənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı ilə bağlı məsələlər əksini tapmışdı.

 

 Bu illər ərzində mənəvi hazırlıq sahəsində böyük irəliləyişlər əldə edildi. Gənc nəsil vətənpərvər ruhda böyüyərək formalaşdı. Vətən müharibəsində döyüşənlərin əksəriyyəti Birinci Qarabağ müharibəsini görməsələr , düşmənə nifrət hissi ilə yetişmişdilər. Odur ki, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq nümunələri yaratdılar.

 

 

 

Azərbaycan Ordusu ən müasir imkanlara malik hərbi gücə çevrildi

 

 

 

Bəli, Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin əsas səbəbi Ermənistandan fərqli olaraq hər bir sahədə inkişafı, irəli getməsi, dövrün tələblərinə uyğun yüksəlişi apardığı hazırlıq işləri idi. Ən böyük hazırlıq isə təbii ki, orduda həyata keçirildi. “Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi - 44 günlük müharibədə bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə mütləq Qələbə olmamışdır”, - deyə Prezident İlham Əliyev bildirib.

 

İndi XX əsr deyil, hətta texniki inkişafın elə bir mərhələsinə qədəm qoymuşuq ki, on il əvvəl meydana çıxan yeniliklər bu günümüzlə ayaqlaşmır. Bu baxımdan Prezident İlham Əliyev ordumuzu ən müasir hərbi texnologiyalarla zənginləşdirdi.  Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistandan fərqli olaraq tamamilə müasir döyüş imkanlarına malik bir hərbi gücə çevrilməsi istiqamətində davamlı aparıldı.

 

Təsadüfi deyil ki, hazırda Azərbaycanın silahlanmasında yer alan müasir döyüş vasitələri inkişaf etmiş dövlətlərin belə arsenalında yoxdur. Üstəlik, İlham Əliyev Azərbaycanın hərbi-sənaye kompleksini formalaşdırıb artıq neçə illərdir ki, müəyyən hərbi təyinatlı məhsullarla bağlı xarici asılılıq aradan qaldırılıb. 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən əsas amillər hərbçilərimizin vətənpərvərliyi ordumuzun yüksək döyüş qabiliyyəti oldu.

 

 

 

Döyüş qabiliyyətini artıran hərbi təlimlər

 

 

 

Silahlı Qüvvələrdə qarşıya qoyulan ən əsas məsələlərdən biri olan döyüş qabiliyyətinin daim yüksəldilməsi üçün təkcə yeni hərbi texnikalar alınmır. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir.

 

Xatırladaq ki, indiyədək keçirilən hərbi təlimlərdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə vasitələrin təyin olunan məntəqələrə çıxışı, idarə olunmasının təşkili, qarşılıqlı fəaliyyətinin yoxlanılması, müdafiənin təşkili, əks-hücum əməliyyatının hazırlanması keçirilməsi, mürəkkəb dağlıq relyeflərdə hərbi əməliyyatların aparılması, silahların döyüş tətbiqi kimi vəzifələrin icrası üzrə silahlı qüvvələrimizin bütün bölmələrinin bacarıq vərdişləri daha da təkmilləşdirilib. Belə təlimlər həm silahlanmaya yeni qəbul olunan silah texnikadan peşəkar istifadənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Əldə olunan nəticələr göstərirdi ki, ordumuzun bütün bölmələri istənilən situasiyada qarşısında dayanan vəzifələri layiqincə icra etməyə qadirdir. Ona görə təlimlərin hər biri ordumuzun Vətən müharibəsində apardığı əməliyyatların uğurla başa çatdırılmasında müstəsna rol oynadı.

 

Artıq Dağlıq Qarabağ problemi həll olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Lakin heç bir halda arxayınlaşmaq olmaz. Bu baxımdan qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun bu günlərdə keçirilən növbəti əməliyyat-taktiki təlimləri göstərdi ki, döyüş qabiliyyətinin gücləndirilməsi, şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi hər zaman prioritet olaraq qalır.

 

 

 

Prioritet - Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla peşəkarlığın artırılmasıdır

 

 

 

Budəfəki təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi minaatanlar, 30-dək hərbi aviasiya müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunmuşdu.

 

Dağlıq-meşə çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr qanunsuz silahlı qruplaşmalar ilə mübarizə antiterror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.

 

Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

 

Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən, qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.

 

Yeni hərbi təlimlər müharibədəki zəfərdən sonra ordumuzun döyüş qabiliyyətini daha da yüksəldir. Azərbaycan Ordusunun təlimləri həm Ermənistandakı revanşistlərə növbəti xəbərdarlıqdır. Belə ki, 10 noyabr Bəyanatına qarşı çıxan hər kəs dərhal dəmir yumruğun zərbəsini hiss edəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.1; 5.