Milli Məclisin Əmək sosial siyasət komitəsinin iclası keçirilib

 

 

Martın 19-da Milli Məclisin Əmək sosial siyasət komitəsinin növbəti onlayn iclasında iki məsələyə baxılıb.

 

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi yenidən qurulması istiqamətində görülən işlərdən söz açıb, uzun illərdən sonra Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

 

Onlayn iclasda mahiyyət etibarı ilə bir-birini tamamlayanDövlət sosial sığorta sistemində fərdi uçot haqqındaQanunda dəyişiklik edilməsi (birinci oxunuş) Əmək Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib. Bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində sosial sığorta, fərdi uçot pensiya təminatı sahəsində formalaşmış vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub. Azərbaycan Prezidentinin 2018-ci il 5 sentyabr tarixli Sərəncamına əsasən yaradılan “e-sosial.az” internet portalı sayəsində bu gün hər bir vətəndaş özünə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları s. ilə bağlı məlumatları FİN nömrəsi ilə həmin internet portalı üzərindən əldə edə bilir. Bu da şəhadətnamələrin kağız daşıyıcıda verilməsinin aktuallığını aradan qaldırır.

 

Deputatların nəzərinə çatdırılıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqındaQanunda ümumilikdə 10 əlavə dəyişiklik nəzərdə tutulur. Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılacaq, elektron pensiya sisteminin əhatə dairəsi genişlənəcək qənaət edilmiş xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. Əmək Məcəlləsinə təklif olunan redaktə xarakterli 3 əlavə dəyişiklik bu qanuna ediləcək dəyişikliklərdən qaynaqlanır.

 

Sonra iclasda iştirak edən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov müzakirəyə çıxarılmış qanun layihələrini şərh edib.

 

Müzakirələrdə Ailə, qadın uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlardan Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev qanun layihələrinə dair rəy təkliflərini bildiriblər. Nazirliyin nümayəndəsi Elnur Abbasov deputatları maraqlandıran suallara cavab verib.

 

Fikir mübadiləsinin yekununda komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Onlayn iclasda Əmək sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı komitə üzvləri Əziz Ələkbərov, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova, İlham Məmmədov, Ziyad Səmədzadə, Səttar Möhbalıyev iştirak ediblər.

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.3.