Görkəmli rəssam Tahir Salahov haqda yeni kitab - “Dialoq

 

 

 

Tahir Salahovun həyat yaradıcılığına işıq salan kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə nəşr edilib

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə görkəmli rəssam Tahir Salahov haqqındaDialoqadlı kitab işıq üzü görüb.

 

AZƏRTAC xəbər verir ki, rus dilində nəfis tərtibatla nəşr edilmiş kitab Azərbaycanın, SSRİ-nin, habelə Rusiyanın Xalq rəssamı, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Rusiya Dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, UNESCO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti Tahir Salahovla dialoq janrında yazılıb. Kitabın müəllifi musiqişünas, pedaqoq, publisist Raya Abbasovadır. MüəllifləDialoq”da Tahir Salahov yaşadığı çətin şərəfli ömür, həmçinin həyatının fərqli dövrləri ilə bağlı səmimi etiraflar edir, fikirlər səsləndirir.

 

Kitab Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın böyük sənətkar Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladıqları məktublarla açılır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla ƏliyevaBöyük sənətkarın dünyasısərlövhəli məqaləsində rəssam Tahir Salahovun yaradıcılığının özəlliyindən, əsərlərinin qəhrəmanlarına məxsusi yanaşmasından bəhs edilir. Leyla xanım yazır ki, rəssamın qəhrəmanlarını - neftçiləri, fəhlələri, həkimləri, yazıçıları, bəstəkarları, musiqiçiləri, artistləri, din nümayəndələrini, doğmalarını yaxınlarını peşələrinə məhəbbət sadiqlik birləşdirir. Ən əsası isə onların heç biri xəyali personaj deyil, hamısı rəssamın həyatında iz qoymuş insanlardır.

 

Dialoqkitabı rəssamın həyat yaradıcılığının önəmli məqamlarını əks etdirən fotoşəkillərlə, fırçasının məhsulu olan əsərlərlə müşayiət olunur. Dünya şöhrətli sənətkar Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Onun əsərləri mötəbər muzey qalereyalarda, eləcə şəxsi kolleksiyalarda saxlanılır. Tahir Salahov məşhur insanların, məsələn, Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Dmitri Şostakoviç, Mstislav Rostropoviç, Səttar Bəhlulzadə, Fikrət Əmirov, Rəsul Rza, Aleksandr Soljenitsın başqalarının portretlərini çəkib. Bu əsərlərin sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti xüsusi yer tutur. Rəssam Ulu Öndərin portretini böyük sevgi xüsusi məharətlə işləyib.

 

Tahir Salahov realist rəssam kimi tanınır. Onun rəssamlıqdasərt üslub”un banilərindən biri kimi yaratdığı sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışı fəlsəfi düşüncələri rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapıb. O, fikir düşüncələrini fırça ilə çox aydın anlaşıqlı, obrazlı şəkildə çatdıran qüdrətli sənətkardır.

 

Dahi sənətkarın tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm dünya təsviri sənətinin inciləri sırasındadır. Onun yaratdığı hər bir portret, peyzaj fəlsəfi əsər təsiri bağışlayır.

 

Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm görkəmli ictimai xadim, pedaqoqdur. Onun çoxşaxəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tahir Salahov ölkəmizin ən ali mükafatı olanHeydər Əliyevordeninə layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimidir.

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2012-ci ildə İçərişəhərdə ustad sənətkarın ev-muzeyi yaradılıb. İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov qeyd edir ki, bu gün muzey qədim şəhərdə ən çox ziyarət olunan məkanlardan, əsas incəsənət mədəniyyət mərkəzlərindən biridir. Ekspozisiyada nümayiş etdirilən 700-dən çox eksponat rəssam tərəfindən muzeyə hədiyyə olunub.

 

Maraqla oxunanDialoqkitabı Tahir Salahov yaradıcılığına göstərilən diqqətin daha bir təzahürü olmaqla yanaşı, onun bənzərsiz irsinin gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.4.