Masallıda Vətən müharibəsi iştirakçısı RİH-nin şöbə müdiri təyin edilib

 

 

 

Baş leytenant Qəşəm Hadıyev Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

 

1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olan Qəşəm Hadıyev 1985-1996-cı illərdə kənd tam orta məktəbində orta təhsil almış, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri nəqliyyatın istismarı fakültəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2001-2003-cü illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur.

 

Əmək fəaliyyətinə 2007-ci ildə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında təlimatçı kimi başlamışdır. Sonra qısa müddətə Masallı Telekommunikasiya Qovşağında Texniki şöbənin rəisi işləmiş yenidən 2014-cü ilədək Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatında çalışmışdır. 2014-cü ildən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edən Q.Hadıyev Prezidentin sərəncamı iləSuqovuşanın azad olunmasına görəmedalı ilə təltif olunmuşdur.

 

 

 

Seyran CAVADOV,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.7.