Türkiyənin ACIBADEM Tibbi Şirkətlər Qrupu Naftalandakı sağlamlıq mərkəzləri ilə əməkdaşlıq edəcək

 

 

 

Naftalan Şəhər İcra Hakimiyəti Türkiyənin ACIBADEM Tibbi Şirkətlər Qrupunun nümyəndələri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı görüş keçirilmişdir.

 

Naftalanda keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov  qonaqlara şəhərin mövcud turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur.

 

ACIBADEM Tibbi Şirkətlər Qrupunun Uluslararası İş Gəliştirmə sorumlusu Aytən Babazadə, şirkətlər qrupunun regional nümayəndəliyinin əməkdaşı Ramil Ələsgərov Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov təbii Naftalan neftinin yüksək müalicəvi təsirlərə malik olduğunu və xəstəliklərdə istifadəsinin önəm daşıdığını qeyd etmişlər.

 

Sonra əməliyyat olunmuş xəstələrin gələcəkdə reabilitasiyasının Naftalanda keçirmələri barədə fikir mübadiləsi aparılmışdır. Gələcəkdə ACIBADEM Tibbi Şirkətlər Qrupu ilə Naftalan  sağlamlıq mərkəzlərinin birgə əməkdaşlığı barədə təkliflər irəli sürülmüş müzakirələr aparılmışdır. ACIBADEM-in Naftalan sağlamlıq mərkəzlərinin yüksəkixtisaslı mütəxəssisləri ilə birgəNaftalan neftinin əhəmiyyətimövzusunda fikir mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanmışdır.

 

Sonda qonaqlarGarabag Resort & SpaNaftalan Müalicə Sağlamlıq Mərkəzi”ndə naftalan neftindən istifadə qaydaları müalicə üsulları ilə tanış olmuşlar.

 

 

 

S.ƏLİYEV,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.7.