Novruz gəlib - yaz gəlib

 

 

Novruz bayramı Azərbaycan xalqının milli düşüncəsini ruhunu özündə əks etdirir. Bu bayramda icra olunan ayinlər daim musiqi sədaları altında rəqslərlə müşayiət olunub. Xalq arasında Novruz günləri ilə bağlı çoxlu bayatı, mahnı, rəqs kimi fərqli fərdi kütləvi sənət nümunələri yaranıb.

 

Aşıqlar, xanəndələr, xalq musiqisi ifaçıları, hətta, adi insanlar da bu bayramı müxtəlif musiqi sədaları altında keçiriblər. Bir sıra bəstəkarlar tərəfindən bahar mövzulu əsərlər yaranıb ki, onların hər birində Novruz ruhu yaşadılıb.

 

Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Ariz Abduləliyevin sözlərinə görə, Orta əsrlərin klassik poeziyasında baharı vəsf edən, Novruzun gəlişinə həsr olunan şeirlər yazılıb tədqiqatçılar onları bahariyyə adlandırıblar: O da məlumdur ki, Orta əsrlərdə Novruza həsr olunan şeirlərə, poemalara, fəlsəfi-etik əsərlərə bəzən müəlliflərin özü tərəfindən Novruznamə adı verilmişdir. Habelə ədəbiyyatla yanaşı, qədim xalq musiqisi nümunələrində, Orta əsrlərin musiqi sənətində Novruz ənənələri, mövzuları atributları geniş bədii təcəssümünü tapıb. Fikrimizcə, Novruz musiqi məsələsinə iki aspektdə baxılması daha uyğun görünür: musiqi Novruz bayramında ənənələrində, Novruz bahar mövzuları musiqidə...

 

Azərbaycan bəstəkarlarının yaradıcılığında Novruz mövzusu daim aktuallığı ilə seçilib. Bildiyimiz kimi, Üzeyir bəy Hacıbəylinin ötən əsrin əvvəllərində yazdığı Bahar nəğməsi əsəri Novruza həsr olunub. Bəstəkar Məmməd Quliyev Aldanmış ulduzlar operasına Novruz bayramı ilə bağlı zurna nağaranın da iştirakı ilə xalq səhnələri daxil edib. Bu mövzudakı irihəcmli əsərlər sırasında Vasif Adıgözəlovun dördhissəli Novruzum kantatasını da əlavə edə bilərik. Azərbaycan, Səməni, Kosa, Novruzum hissələrindən ibarət əsər solist, xor simfonik orkestr üçün yazılıb.

 

Elnarə Dadaşovanın İlk bahar, Abdulla Şaiqin sözlərinə yazdığı Uşaq albomu mahnı silsiləsində Novruz mövzusunda nəğmələr var. Müəllifin Bahar şərqisi məhz baharın tərənnümüdür. Oqtay Kazıminin bir neçə şairin sözlərinə bəstələdiyi Böyük bayram, Bayramınız mübarək, Bayram olsun, Bahar çağı, Bahar təranəsi, Bakının baharı adlı silsilə mahnıları, xüsusən Ramiz Heydərin Bahar bayramı rədifli şeirinə bəstələnən musiqi xüsusilə məşhurdur. Bu siyahıya Fikrət Əmirovun dillər əzbərinə çevrilən Gülür ellər, Ramiz Mirişlinin Bayram axşamlarında, Cavanşir Quliyevin Novruz gəlir, yaz gəlir kimi mahnıları nəinki Novruz bayramında, əslində, illər boyu öz populyarlığını qoruyub saxlayan nəğmələrdir.

 

Novruz bayramının mahnı nümunələri sırasında Ağabacı Rzayevanın, Hökumə Nəcəfovanın, Oqtay Zülfüqarovun, Tofiq Əhmədovun, Bəxtiyar Kərimovun da imzası olan əsərlər çoxdur. Bəstəkar Mehriban Əhmədovanın Fikrət Qocanın sözlərinə yazdığı Bahar nəğməsi ya Bu gün şən bayramıdır ellərin mahnısını bilməyən az adam tapılar.

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.8.