Ruhun qidası - rəqslər

 

 

 

Milli bayramımız  olan Novruzun da tarixi rəqslərimizlə eyni  dövrə təsadüf edir. Qayaüstü təsvirlərdə  rəqsin daha uzunömürlü olması öz ifadəsini təsdiqini tapıb. Rəqsin ən qədim növüYallı”dır.  Çünki xalq məişətinin qədim adətlərini özündə ehtiva etdirənYallıhesab olunur. HəmçininCəngi”, “Ovçular rəqsi qədimiliyi, milli mental dəyərlərimizin qorunub saxlanılması baxımından bu qəbildəndir.

 

Xalq məişətindəki ənənələr formalaşdıqca rəqslərin bir sıra növləri meydana gəlməyə başlayıb. Bunların toy, el şənlikləri, bayram mərasimləri olmaqla, çeşidli növləri var. Xüsusən toy adətləri, Novruz bayramı şənliklərində ifa edilən rəqslər xalq arasında daha məşhurdur. “Novruz bayramı”, “Səməni rəqsisırf bayram şənlikləri üçündür. “Qaytağı”, “Qoçəli”, “Qazağı”, “Uzundərəən populyar rəqslərdən hesab olunur.

 

Rəqslər bəzən ifa tərzinə görə qadın kişi üçün iki yerə ayrılır. “İnnabı”, “Mirzeyi”, “Cəngi s. kimi rəqs nümunələri kişilər üçün nəzərdə tutulub. Qadınlar arasında daha çox məşhur olan rəqslər isəHaxışta”, “Halay”, “Nəlbəki s. sayılır. “Haxıştarəqs növünün vətəni Naxçıvandır. Bu rəqsdə əsasən Naxçıvanın yerli adət-ənənəsi əks olunur.

 

Azərbaycan xalq adət-ənənələrinin zənginliyi onun rəqslərini bədii cəhətdən bir neçə növə bölür. Lirik, məzəli, idman başqaları rəqslərin çeşidli növlərindən sayılır. “Vağzalı”, “Uzundərə”, “Naz eləmə”, “Turacılirik, “Qıtqılda”, “Məzhəkəli rəqsməzəli rəqs növlərinə daxil edilirlər. Qəhrəmanlıq, çeviklik kimi keyfiyyətləri özündə cəm edənCəngi”, “Qılıncla rəqs başqaları idman rəqslərinə aiddir.

 

 

Azərbaycan. - 2021.- 20 mart.- S.8.