Meydan tamaşaları

 

 

 

Azərbaycanda ənənəvi xalq oyunları meydan tamaşalarının sorağı şifahi xalq ədəbiyyatından gəlir. Xalqımızın özünün yaşı qədər olan bu tamaşaların özəlliyi ondadır ki, onlar genetik olaraq qandan-qana hopur, iliklərə işləyir, ilkinliyini qoruyub saxlayır akademik teatrın bünövrəsi sayılır.

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər bununla bağlı qeyd edir ki, “İslam coğrafiyası Azərbaycanda oyunlaradlı kitabında bu məsələyə geniş yer ayırıb: “Meydan tamaşaları musiqi, rəqs, məzhəkə, nəqletmə, yarışma başqa ünsürlərdən yaranıb. Açıq havada, şəhər meydanlarında, kəndlərdə geniş sahələrdə, karvansaralarda göstərilən meydan tamaşaları ənənəvi xalq teatrıdır. Tamaşaçılarla əhatələnmiş sahədə, meydanda oynanıldığı üçün onaorta oyunu”, yaxudmeydan tamaşalarıdeyilib. “Meydan tamaşalarıtermini altında əsasən Azərbaycanda oynanılan təhkiyəli, süjetli xalq oyunları nəzərdə tutulur. Xalqın özü qədər qədim olan, oyunçu tamaşaçı arasında səmimi münasibətlər şəraitində göstərilən bu tamaşalar masqarabazlar, nağılçılar, aşıqlar, məzhəkəçilər, kukla oyunçuları tərəfindən inkişaf etdirilərək, ənənəvi xalq tamaşalarının özəyini yaradıb”.

 

Xalq arasında çox qədimdən yarananMotal-motal”, “Qurd basdı”, “Çövkən”, “Cızıq turnası”, “Gizlənpaç” (gizlən, qaç), “Oğru-oğru”, “Şuma qədər”, “Aşıq-aşıq”, “Qoz-qoz”, “Pul-pula”, “Zorxana”, “Sino”, “Mil”, “Qəpəq”, “Fincan-fincan”, “Bənövşə”, “Dirədöymə”, “Çalabaşı”, “Yelləncək”, “Maral oyunu”, “Kilimarası s. oyunlarında həm uşaqlar, həm böyüklər həvəslə iştirak edərdilər.

 

Kosa-kosa”, “Kəndirbaz”, “Sim pəhləvan”, “Masqara”, “Gözübağlıca”, “Cıdırtamaşaları, qılınc oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallı oynanılır, kəndirbazlar tamaşalar göstərir, mahnılar oxunur, aşıqlar deyişirlər...

 

Novruzmərasiminin mühüm epizodunu təşkil edənKosa-kosaoyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor olur. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunanXan-xan”,”Mütriblərin rəqsi”,”Gəlinlə qayınana deyişməsi s. epizodlar oyun tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxanasəhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılanYuğmərasimində meydan teatrı ünsürləri güclü olub.

 

Kosa-gəlin”, “Tapdıq çoban”, “Tənbəl qardaş” (üçpərdəli komediya) s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda əsasən kəndin təsərrüfat məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşərək acı kinayə satiraya çevrilərək adamların əmək, məişət psixologiyasındakı qüsurları qamçılayırdı.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.8.