Tarixin keşməkeşlərindən keçən ömür

 

 

 

XX əsrin əvvəllərində Bakıda inqilabı hərəkat genişlənməkdəydi. O illərdə bu şəhərdə yalnız siyasi-ictimai iğtişaşlar nəzərə çarpmırdı. Bakı həm elm, ədəbiyyat mədəniyyət mərkəzinə çevrilirdi. Azərbaycanın qabaqcıl ziyalıları bura toplaşır, yeni üsulla məktəblər açır, dərsliklər hazırlayır, qəzet jurnallar çıxarırdılar.

 

Abdulla Şaiq belə bir dövrdə Tiflisdən Bakıya köçüb. O, əvvəlcə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşüb. Ona bu şəhərə müəllimlik arzusu ilə gəldiyini deyib. Nərimanovdan imtahan verib müəllimlik hüququ qazanmalı olduğunu öyrənib.

 

1901-ci il aprelin 22-də I Aleksandr adına üçüncü oğlan gimnaziyasında imtahan komissiyası çağırılıb. Abdulla Şaiq yazılı, şifahi nümunə dərsi üzrə verdiyi imtahanlardan uğurla keçib. 608 nömrəli şəhadətnaməyə əsasən, “Azərbaycan dili müəllimiadını alıb. Şəhadətnaməni imzalayan komissiya üzvü Nəriman Nərimanov onun müəllim vəzifəsinə düzəlməsində mühüm rol oynayıb.

 

Boş yer olmadığı üçün Abdulla Şaiqi rus-tatar məktəblərindəehtiyat müəllimtəyin ediblər. O, Sultan Məcid Qənizadənin müdir olduğu altı sinifli şəhər məktəbində pedaqoji fəaliyyətə başlayıb. Həmin illərdə xalqı maarifləndirmək, onları zamana uyğun tərbiyə etmək dövrün tələbi idi. Abdulla Şaiq bir pedaqoq kimi bu vəzifənin öhdəsindən layiqincə gəlib.

 

1901-1906-cı illərdə o, bir neçə məktəbdə dərs deyib. 1902-ci ilin sentyabrında Həbibbəy Mahmudbəyovun müdir olduğu altısinifli şəhər məktəbinin aşağı siniflərinə daimi ana dili müəllimi təyin edilib. Dərs saatı az olduğu üçün 1903-cü ildən Sabunçuda altıillik məktəbdə dərs deyib. Sabunçuya gedib-gəlmək çətin olduğundan 1906-cı ilin sentyabrında oradan ayrılıb, Bakı realnı yeddinci şəhər məktəbinə işə düzəlib. Rus dilində tərcümeyi-halında 1906-cı ildə 7-ci rus-tatar məktəbində dərs deməyə başladığını bildirib. Bu məktəbdə onun şagirdləri arasında Seyid Hüseyn, Cəfər Cabbarlı da vardı. Burada 1908-ci ilədək çalışıb. Həmin ildən pedaqoji fəaliyyətini Bakıdakı realnı məktəbində davam etdirib. Abdulla Şaiq burada şəhərin bir neçə məktəbində altıncı dərs kimi tədris edilən Azərbaycan dilindən dərs verib. Mütərəqqi fikirləri Abdulla Şaiqə şagirdləri qabaqcıl fikirli maarif işçiləri arasında böyük hörmət qazandırıb.

 

XX əsrin əvvəllərində Bakıda müxtəlif maarif cəmiyyətləri yaradılıb. Onların arasında fəaliyyəti ilə diqqəti cəlb edənNicatcəmiyyətinin sədr müavini Nəriman Nərimanovun həmfikirləri - Həsən bəy Zərdabi, Fərəc bəy Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Üzeyir Hacıbəyli başqalarının səyi nəticəsində 1906-cı ilin avqustunda Azərbaycan müəllimlərinin I qurultayı keçirilib. Qurultayın təşkilində Abdulla Şaiqin böyük xidmətləri olub. O, qurultayda çıxış edərək ana dili ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında fikirlərini bildirib. Burada Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq digərlərindən ibarət xüsusi komissiya yaradılıb. Onlara Azərbaycan dilində müvafiq proqram hazırlamaq tapşırılıb.

 

Qurultaydan sonra yeni dərsliklər yazılıb. “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il başqa dərsliklərdə Abdulla Şaiqin öz əsərləri, eləcə Azərbaycan dünya ədəbiyyatından nümunələr verilib. Sonrakı illərdə o, bir-birinin ardıncaMilli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyatadlı dərsliklər proqramlar hazırlayıb.

 

Abdulla Şaiq bədii yaradıcılığa qəzəl tərcümə ilə başlasa da, ilk mətbu əsəriLaylayadlı uşaq şeri olub. 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasını zənginləşdirib. ŞeirləriDəbistanMəktəbuşaq-gənclər toplularında dərc olunub.

 

O, xalq ədəbiyyatını toplayıb araşdırıb. Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxakimi mənzum nağılları, “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpoladpoemalarında folklorun təsiri əksini tapıb. 1910-cu ildə yazdığıGözəl baharpyesi ilə Abdulla Şaiq milli uşaq teatrının bünövrəsini qoyub.

 

Nəsr yaradıcılığına 1905-ci ildə romantikİki müztərib ya əzab vicdanyarımçıq romanı ilə başlayıb. SonralarMəktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlarıkimi bir sıra hekayə, povest romanlar qələmə alıb.

 

Dövrün inqilabi çağırışlarına, ictimai-siyasi hadisələrə heç vaxt biganə qalmayıb. O, “Hürriyyət pərisinə”, “Niyə uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarınakimi inqilab ruhlu şeirlərin müəllifidir.

 

Abdulla Şaiq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayıb. Cümhuriyyət dövründə maarif məktəb məsələlərində fəal iştirak edib. 1920-ci il aprelin 28-də Azərbaycanda bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra da Abdulla Şaiq xalqın gələcəyi naminə çalışıb. Pedaqoji kurslarda, texnikumlarda başqa məktəblərdə dərs deyib, mədəni-maarif işlərini bədii yaradıcılığını davam etdirib. 1923-cü ildə ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd olunub. İşlədiyi gimnaziyaŞaiq nümunə məktəbiadlandırılıb.

 

Abdulla Şaiq çoxşaxəli fəaliyyət göstərib. Hansı sahə ilə məşğul olubsa, sevgi dolu qəlbi yorulmaq bilmədən çalışıb. O, ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. Yazıçı, şair, alim, ədəbiyyatşünas, folklorçu kimi tanınıb. “Vəzifə”, “Özü bilsin, mənə ?”, “Anabacı”, “Əsəbi adamkimi silsilə hekayələri, “Arazinqilabi-tarixi mövzulu romanı, elm, maarif mədəniyyət haqqında məqalələri ədəbi mühitdə maraqla qarşılanıb. “Tənqid-Təbliğteatrı üçün əsərlər yazıb. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq Gənclər nəşriyyatının işi onun adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədibXasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qızkimi pyeslər qələmə alıb.

 

Onun klassik ədəbiyyat, Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, həmçinin müxtəlif ədəbi cərəyən metod haqqında maraqlı araşdırmaları var. Azərbaycan ədəbiyyatını tədqiq təbliğ edib, Abdulla Şaiq milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri olub. Çağdaş həyata, elm dil məsələlərinə aid yazıların müəllifidir.

 

Abdulla Şaiq 1959-cu il iyunun 24-də 78 yaşında vəfat edib. O, xatirələrdə xeyirxah, alicənab, istedadlı, zəhmətsevər insan kimi qalıb. Bənzərsiz müəllim, ədib, alim Abdulla Şaiq pedaqoji, bədii, elmi yaradıcılığı ilə Azərbaycan tarixində layiqli yer tutub.

 

 

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.9.