İncə sənət, həyat, ovqat, təravətli söz

 

 

 

Poeziya milliliyi ilə yanaşı, həm bəşəri mahiyyət daşıyır. Hər bir xalqın poeziyasının özünəməxsusluğu var. Türkiyənin tanınmış mədəniyyət xadimi - şair, dramaturq, rejissor tərcüməçi Tarik Günersel Beynəlxalq Poeziya Gününün qeyd olunmasını 1997-ci ildə təklif kimi irəli sürüb. Bu təklif istər sənət aləmində, istərsə xalqlar arasında ehtiramla qaşılanıb. 1999-cu ildə UNESCO-nun 30-cu iclasında 21 mart Beynəlxalq Poeziya Günü elan olunub.

 

Bu hadisə xalqımız üçün ikiqat bayrama çevrildi. Çünki ruhun musiqisi adlandırılan bəşəri poeziyanın ritmik notları ilə baharı, çiçəklənməyə hazırlaşan ecazkar təbiəti, saflıq birlik rəmzi olan Novruzu salamlamaq doğrudan da əsl səadətdir. Səadətdir həm ona görə ki, Odlar Yurdu - maddi sərvəti ilə zəngin olan Azərbaycan həm mənəvi sərvəti ilə əsrlərdən bəri məşhurdur. Xalqımız şeiriyyətə mədəniyyətə misilsiz töhfələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib. Azərbaycanın ürəyi həmişə şeirlə, poeziya ilə döyünüb.

 

 

Poeziya - sözün poetik imkanlarının ifadəsi

 

 

Poeziya ən qədim zamanlardan insanın mənəvi ehtiyacına çevrilmiş, arzu istəklərinin, duyğu düşüncələrinin, sevinc kədərinin poetik tərcümanı olub. Bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədimdir.

 

Azərbaycan şairləri bütövlükdə Yaxın Orta Şərq, eləcə dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıb. Bu məktəbin nümayəndələrinin yaradıcılığında yüksək peşəkarlıq, sözün poetik imkanlarından istifadə bacarığı özünü daha aydın göstərib.

 

Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı əsasında formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri digər mövsüm-mərasim nəğmələridir. Heç təsadüfi deyil ki, bizi şair xalq adlandıran əcnəbilər ana dilimizin musiqili olmasını dönə-dönə söyləmişlər.

 

Orta əsrlərdən başlayan mədəni inkişaf prosesi Azərbaycan poeziyasının yüksəlişində yeni bir mərhələnin başlanmasına gətirib çıxarıb, insana, onun daxili aləminə maraq güclənib. Şeir sənətimiz Həsənoğlunun, N.Gəncəvinin, M.Füzulinin, İ.Nəsiminin... timsalında yeni çalarlarla zənginləşib. XIX əsrdən başlayaraq şeirlərdəki fəlsəfi mühakimələrin yerini müasirlik real obrazların lirik təzahürü tutub. M.P. Vaqifin, M.V.Vidadinin, Q.Zakirin, S.Ə.Şirvaninin, M.Ə Sabirin başqalarının yaradıcılığı isə maarifçi-realist ruhda formalaşıb.

 

Əlbəttə, poetik fikrimizin M.Ə.Sabir, H.Cavid, M.Hadi, Ə.Cavad, S.Vurğun, M. Müşfiq, M.Araz, B.Vahabzadə, X.Rza kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatına yeni ruh verib, bir-birindən dəyərli poetik nümunələri ilə xalqımızın Azərbaycançılıq məfkurəsi, milli dəyərlər ətrafında birləşməsində layiqli xidmət göstəriblər.

 

 

Vətənçilik məfkurəsi, azərbaycançılıq ideyası...

 

 

Söz fikir azadlığının, siyasi düşüncə sərbəstliyinin, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda, xalqımızın istiqlal mübarizəsində, dövlət müstəqilliyinin bərpasında əhəmiyyətli rol oynamasını inkar etmək olarmı?! Bu, əslində, şair yazıçılarımızın yaradıcılığından daim qırmızı xətlə keçən vətənçilik məfkurəsinin, azərbaycançılıq ideyasının, vətənpərvərlik ruhunun məntiqi nəticəsi idi.

 

1975-ci ilin oktyabrında keçirilən Azərbaycan Ədəbiyyatı Günlərində çıxış edən Ümummilli Lider Heydər Əliyev şeiriyyətin cəmiyyətdə böyük dəyərə malik olduğunu belə ifadə edib: Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün öz hikməti insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur... Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir. Bununla Ümummilli Lider müasir ədəbi prosesin inkişafı üçün hər cür şəraitin yaradılmasını vacib hesab edirdi.

 

Bu gün Azərbaycan dövlətinin, eləcə Heydər Əliyev Fondunun hərtərəfli qayğısı sayəsində ədiblərimizin bədii yaradıcılıqları geniş üfüqlərə şəfəq saçır. Poeziya ilə nəfəs paylayan şairlərin ümumbəşəri mahiyyət daşıyan çoxşaxəli yaradıcılıqları dünya bədii təfəkkürünü zənginləşdirir, milli şeiriyyəti yüksəklərə qaldırır. Şairlərimizin bədii fikir salnaməsində parlaq səhifələr açan əsərləri insanların mənəvi kamilləşməsinə xidmət göstərir. Bu, həm ədəbiyyatın ən ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb edir.

 

Prezident İlham Əliyevin ədəbiyyatımızın inkişafına, ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət qayğı göstərməsi təsadüfi deyil. Dövlət başçısının son 17 il ərzində müxtəlif vaxtlarda Nizami Gəncəvinin 880, Aşıq Ələsgərin 200, Cəlil Məmmədquluzadənin 140 150, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirzə Fətəli Axundzadənin 200, Mirzə Ələkbər Sabirin 150, Mirvarid Dilbazinin 100 illik yubileylərinin beynəlxalq ölkə səviyyəsində qeyd olunması üçün imzaladığı sərəncamlar, ondan irəli gələn tədbirlərin həyata keçirilməsi Azərbaycan ədəbiyyatının inkişafına hesablanan mədəniyyət siyasətinin tərkib hissəsidir.

 

 

Poetik dünyası olanların qəribə, həm qərib aləmləri olur...

 

 

Sözün keşiyində elə söz silahı ilə əsgər sərkərdə kimi dayanan Nizami Gəncəvinin eşq şairi Məhəmməd Füzulinin əsərlərində sözün qüdrəti ilahi varlıq qədər ucalıqda saxlanılır. Nizami Gəncəvinin Az danışmağın gözəlliyində deyilir:

 

 

Sözün su kimi lətafəti var,

 

Hər sözü az demək daha xoş olar...

 

 

Məhəmməd Füzulinin Söz qəzəlinin açmasında isə nəzmə çəkilmiş fikrin mənası dəryalar qədər dərindir: İnsanın sirrini hər kəsə açan sözdür, hər an yoxdan var olan söz. Sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə olsa, sahibini o dəyərdə edər. İnsana onun danışdığı sözə görə qiymət verilir. Mənalı söz könüllər alan gözəl kimidir, o da hərdən örtüyünü açıb üzünü göstərər könülləri şad edər. Söz sirlər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur.

 

Poeziya da məhz sözün cilalanmış, incələnmiş, dürr halına salınmış ifadəsidir.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2021.- 20 mart.- S.9.