Axmaq baş sahibinə qapaz yedizdirər

 

 

 

Hələ özünü ağılsız sayan adama rast gəlməmişəm!

 

Bəxtindən, imkansızlığından, işlərinin düz getməməsindən, hətta boyunun qısalığından və ailəsinin uğursuzluğundan gileylənənlər çox olsa da, ağlının azlığından şikayətçi yoxdur!

 

Gör hələ bir millət ola!

 

Ermənilər özlərini “çox qədim”, “ən mədəni”, “zəngin dövlətçiliyə malik”, “xiristianlığı ilk qəbul edən millət” hesab etsələr , deyilənləri təsdiq edən sübutları var, deyilənlərə uyğun ağıl sahibidirlər!

 

Düzdür, hələlik “ağılölçən” cihaz kəşf olunmayıb!

 

Amma insanın əməlinə, gördüyü işlərə əsasən ağlına qiymət vermək mümkündür!

 

Eyni zamanda millətin !

 

Əgər ən qədim millətsənsə, onda niyə yerin-yurdun, vətənin olmayıb? Azərbaycandan qamarladığınız torpaq hesabına özünüzə dövlət qurmusunuz.

 

Qədim Azərbaycan torpaqlarında XX əsrin əvvəllərində yaradılan Ermənistan dövlətinə qədər dövlət görməmisinizsə, onda hansı “qədim dövlətçilik”dən danışırsınız?

 

Əgər XX əsrədək vətəniniz, dövlətiniz olmayıbsa, onda mədəniyyətiniz harada formalaşıb, mədəniyyət abidələriniz, nümunələriniz haradadır, niyə görünmür?

 

Əgər qədim musiqiniz, mətbəxiniz, sənət nümunələriniz varsa, onda niyə bizimkiləri oğurlayıb öz adınıza çıxırsınız?

 

Adətən əliəyrilər özlərində olmayanları başqalarından mənimsəyib özününküləşdirməyə çalışırlar.

 

Əgər xiristianlığı ilk dəfə siz qəbul etmisinizsə, onda qədim, əzəmətli kilsələriniz hanı, harada tikmisiniz?

 

Niyə Allahın evlərini - kilsələrini oğurlayıb səmtini dəyişərək ora-burasına söz yazıb, işarə qoymaqla erməniləşdirirsiniz?

 

***

 

Deyir, dadanmışa tövbə yoxdur!

 

1918-ci ildə yaranmş vəziyyətdən hiyləgərliklə istifadə edərək hamilərinizin məkrli niyyətləri sayəsində xeyli torpağımızı mənimsədiniz!

 

Dişinizdə şirə qaldı!

 

Ötən əsrin sonlarında qırmızı imperiya dağılanda təzə iştahaya düşdünüz.

 

Çoxdan gözaltı etdiyiniz Dağlıq Qarabağı ələ keçirmək üçün min oyundan çıxdınız!

 

Əvvəlcə SSRİ-nin birinci axırıncı prezidenti M.Qorbaçovun arvadı Raisa Maksimovaya brilyant daşlarla işlənmiş üzük “hədiyyə” edərək onlardan Dağlıq Qarabağın “hə”sini aldınız.

 

Sonra başladınız nala-mıxa döyməyə, mitinqlər keçirməyə, guya bölgənin iqtisadiyyatı zəifdir, sizləri sıxışdırırlar, daha azərbaycanlılarla birgə yaşamaq mümkün deyil s. i.a.

 

Ərkəsöyünlüyünüz söyüş, daş davasına çevrildi, sonra silaha əl atdınız, yerli azərbaycanlıları dədə-baba yurdlarından zorla qovub çıxartdınız.

 

Moskva sizə hərtərəfli dəstək verdi, əl altınca silahlandırdı.

 

Hətta “xüsusi idarəetmə komitəsi” adlı bir qondarma qurum yaradaraq Dağlıq Qarabağı imkan düşən kimi sizə vermək ötrü bizdən ayırdı!

 

Qudurdunuz, yolunuzu azdınız...

 

Xocalı soyqırımını törətdiniz, qadınları, qocaları, uşaqları qətlə yetirdiniz, əsir girovların başına olmazın müsibətlərini gətirdiniz...

 

“Məzlum millət” qocaya, qadına, uşağa əl qaldırar?

 

 Qədim xalq da başqasının ev-eşiyini yandırıb dağıdar, şəhər kəndləri viran qoyar, meşələri, meyvə bağlarını məhv edər?

 

“Xiristianlığı birinci qəbul edən” məscidləri uçurar, Allahın evində donuz, heyvan saxlayar, özgə kilsəsini dəyişib özününkü etmək istəyər?

 

Yalan, hiylə, riya, oğurluq, qorxaqlıq, vəhşilik barbarlıq sizin əsil sifətiniz, əsil simanızdır!

 

***

 

Torpaqlarımızı işğalda saxladığınız 27 ildə qazandınız, yiyəsi oldunuz?

 

Bəli, bizdən oğurladıqlarınızdan, bizdən oğurlayıb başqalarına satdığınızdan müəyyən qazancınız oldu!

 

Bu, həqiqətdir!

 

Bəs onun nəticəsi nədir?

 

Yenə yoxsul, dilənçi kökündə yaşayırsınız!

 

Hamilərinizin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdiniz!

 

Qurulu evləri, kəndləri, şəhərləri dağıdıb viran qoydunuz, ora-bura satıb pula çevirdiniz!

 

Torpaqlardan qovulanda isə illərlə yaşadığınız evlərə od vurub yandırdınız!

 

Əgər o torpaqlar, evlər sizin idisə, niyə dağıdıb yandırırdınız?

 

Niyə bayquş kimi xarabalığı sevirsiniz?

 

Allahın evində - məscidlərdə donuz saxlayanda bilmirdinizmi evin sahibi sizi yerlə yeksan edəcək?

 

Bilmirdiniz ki, Allahın evinin adını, ünvanını dəyişəndə ora da həsrət qalacaqsınız?

 

Hələ bu harasıdır...

 

***

 

Axmaq olmaq üçün, gərək əvvəlcə erməni olasan!

 

Damın kölgəsində yatıb, öz kölgən sayasan!

 

Özgə ağzı ilə məharətlə hürəsən!

 

Sözlə deyildi ki, özgə torpaqlarından çıxın - başınıza batmadı!

 

Xəbərdarlıq edildi ki, hərb yoluna əl atılsa, külünüz göyə sovrulacaq - inanmadınız!

 

Vaxt verib gözlədik ki, başa düşəsiniz - qudurdunuz!

 

Elə bildiniz ki, sizdən qorxuruq, təzə ərazilərimizi ələ keçirməklə hədələdiniz!

 

Dəmir yumruq başınıza dəyən kimi, “ağıllandınız”, dərhal sahibinizin yanına qaçaraq yalmanıb kömək istədiniz.

 

Böyüyünüz üzə çıxmağa utanaraq, hansısa zirzəmidə təslim aktını imzaladı.

 

Dəvə başını kolluğa soxmaq misalı: elə bildi ki, heç kim bu təslimçilikdən xəbər tutmayacaq.

 

30 il səngər qazmağa, səd qurmağa, mina basdırmağa, tikanlı məftillər çəkməyə, yeraltı bunkerlər tikməyə sərf etdiyiniz əziyyət, çəkdiyiniz xərc batdı getdi!

 

Dinməz-söyləməz, quzu balası kimi Ağdamı, Laçını Kəlbəcəri qoyub getdiniz!

 

Amma murdar xislətinizi burda da göstərdiniz:

 

Sizdən sonra işğal ərazilərində minalar - ölüm tələləri qalır.

 

Onların xəritələrini isə vermirsiniz!

 

Çünki faşist xislətlisiniz!

 

Faşistlərə nökərçilik eləmiş Nijdeyə heykəl qoyub pərəstiş edənlərsiniz!

 

M.Qandinin heykəlinə od vurub, Holokost qurbanlarının abidəsini təhqir edənlərsiniz!

 

Sizlərdən sizinlə dostluq edənlərdən bundan artıq gözləmək olar?!

 

***

 

Dünya sizi yaxşı tanımır!

 

Bəlkə tanımaq istəmir, çünki pu

 

lluların özlərindən əvvəl pulları görünür göz qamaşdırır.

 

Sizin “məzlum”, “zavallı”, “ən qədim” sözlərinə inanmaq istəyir.

 

Amma gəlib Qarabağa baxanlar, sizin miras qoyduğunuz vandallığı, vəhşiliyi, goreşənliyi görənlər hansı xislət sahibi olduğunuzu anlayırlar.

 

Sizlərin bir simanız isə döyüş meydanında aşkar oldu!

 

Dəmir yumruqla başınız əziləndə!

 

Sonra dəmir yumruq sahibi həmin döyüş meydanını olduğu kimi Bakıya gətirdi, hamının görməsi üçün Dənizkənarı yeni bulvarda yerləşdirdi.

 

Hərbi Qənimətlər Parkının yaradılması sizə, havadarlarınıza, müdafiəçilərinizə xoş gəlmir!

 

Çünki burada hər şey olduğu kimi görünür!

 

Hətta manikenə çevrilmiş sir-sifətiniz mahiyyətiniz !

 

İstədiyiniz vaxt gəlib özünüz tamaşa edə bilərsiniz!

 

Yaddaşın möhkəmlənməsi üçün çox təsirli vasitədir!

 

Çünki arada dəmir yumruğu unudaraq qisasdan, təzə ordu qurmaqdan danışırsınız.

 

Elə bilirsiniz ki, Xankəndidə əvvəlki oyunlar çıxarda biləcəksiniz?

 

Xam xəyalınızdır!

 

Azərbaycan 90-cı illərin Azərbaycanı deyil!

 

Azərbaycan Ordusu ovaxtkı silahlı dəstələr deyil!

 

Rüstəm Muradov da Arkadi Volski ola bilməyəcək!

 

Ortalıqda Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, dəmir yumruğu, Rusiya Prezidenti V.Putinin mötəbər imzası kapitulyasiya aktında Paşinyanın qolu var!

 

Qaçmağa yer yoxdur!

 

Məlum bəyanatın şərtlərinə əməl etmək istəməsəniz, zorla etdirəcəyik!

 

Dəmir yumruğun gücü ilə etdirəcəyik!

 

Qardaş Türkiyənin dəstəyi ilə etdirəcəyik!

 

Dostlarımızdan aldığımız silahların, PUA-ların gücü ilə etdirəcəyik!

 

Zəngəzurdan da dəhliz açacağıq!

 

Nijdenin təzə heykəlini dağıdacağıq!

 

Qarabağımızı yenidən tikib-quraraq cənnətə çevirəcəyik!

 

Çünki Qarabağ bizimdir!

 

Biz isə güclüyük!

 

Sərkərdəmiz İlham Əliyevlə güclüyük!

 

Xalqımızın milli birliyi ilə güclüyük!

 

Qalib ordumuzla güclüyük!

 

Dostlarımızla güclüyük!

 

İqtisadiyyatımızla güclüyük!

 

Ədalətimizlə güclüyük!

 

Güclülər isə həmişə qalib gəlirlər!

 

Güclülərlə isə həmişə hesablaşırlar!

 

***

 

Axmaq baş sahibinə qapaz yedizdirər - demişlər.

 

Müharibə etdiniz, şil-küt edib qovduq!

 

İndi görün nə kökdəsiniz!

 

ABŞ Prezidenti “soyqırımı” dedi - nə olsun?

 

torpaq olacaq, nə təzminat, boş sözdür!

 

Biz sizi yaltaq, yarınan millət kimi görmüşük.

 

Qapımızda çox nökərçilik edib, quyruq bulamısınız!

 

Belədə sizə də yaxşı olur!

 

Rahatfiravan dolanırsınız?

 

Ağıllanmaq vaxtıdır!

 

Bizi eşitmək, tabe olmaq, dediklərimizi eləmək vaxtıdır!

 

Onda başınız da salamat qalar, özünüzrahat yaşayarsınız!

 

Nə qədər tez ağıla gəlsəniz, özünüz üçün yaxşıdır!

 

Heç zaman Aprel müharibəsini, 44 günün zəfərini yaddan çıxarmayın!

 

Yaddaşsızlıq bəla gətirər!

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2021.- 5 may.- S.1;9.