Azərbaycanın dostları

 

Müharibə qurtarsa da, “döyüşdavam edir

 

 

 

Maruan Sudah illərdir ailəsi ilə birlikdə erməni təbliğatına qarşı döyüşürbu mübarizədən əl çəkmək niyyətində deyil: “Vaxt olub ki, ailəm İordaniyada erməni diasporunun hücumlarına məruz qalıb, onlar məni çalışdığım nüfuzlu “Əl Rəy” qəzetində işdən uzaqlaşdıra biliblər.

Erməni təbliğatından mənə də Azərbaycan vətəndaşına olduğu qədər zərbə dəyib. Ona görə də biz Azərbaycan xalqının hansı təzyiqlərə və məkrli informasiya hücumlarına məruz qaldığını yaxşı bilirik. Mən yarım əsrdən artıqdır Azərbaycana bağlı insanam, odur ki, ailəmlə birlikdə özümüzü azərbaycanlı saymağa mənəvi haqqımız var. Bundan sonra da Ermənistan dövlətinin işğalçılıq siyasətini, erməni diasporunun yalanlarını həyat yoldaşım Yelena və qızım Mariya ilə ifşa edəcəyik. Hamımız Azərbaycanı ərəb mətbuatında təbliğ edirbundan qürur duyuruq. Biz Azərbaycanlıyıq!”

 

 

 

Böyük Ermənistan” yaradanların müəmmalı köçü

 

 

 

Biz Maruan Sudah, onun həyat yoldaşı və qızı ilə ətraflı söhbət etdik. Məqsədimiz ərəb dünyasında Qarabağla bağlı məlumatların 15 il əvvəl və bu gün yayılması arasındakı fərqi araşdırmaq, müsbət və mənfi tendensiyaların nədən ibarət olduğunu çözələmək idi. Bu baxımdan həm 30 illik işğal dövründəki, həm də torpaqlarımız erməni işğalından azad edildikdən sonrakı vəziyyəti ərəb jurnalistlərinin gözü ilə nəzərdən keçirdik, dövlətimizin təbliğat müharibəsində qazandığı uğurlara və tətbiq etdiyi yeniliklərə bir qədər uzaqdan - İordaniya KİV nümayəndələrinin analitik baxış bucağından baxdıq.

Mövzuya adlamamışdan öncə sadə bir suala cavab axtardıq: Qarabağ mövzusu, Ermənistan-Azərbaycan münaqişəsi ərəb ölkələri üçün nə dərəcədə aktualdır ki, onu bu qədər geniş araşdırmağa ehtiyac yaransın? ru.wikipedia.org/wiki/ Armənskaə diaspora saytında göstərilir ki, Suriyada 190 min, Livanda 160 min, İraqda 20 min, Misirdə 8,2 min erməni var. Həmin saytda İordaniyada da 35 min erməninin yaşadığı bildirilir. İordaniyalı dostlarımız həmin rəqəmin cəfəngiyyat olduğunu, bu ölkədə yaşayan 300 min xristianın cəmi bir faizinin - 3 min nəfərin erməni olduğunu dedilər.

Adıçəkilən saytda heyrət doğuran digər statistik rəqəmlərlə də rastlaşdıq. 2009-2010-cu illərdən 2020-ci ilədək ermənilərin sayının Rusiyada 1,7 milyondan 3 milyona, Fransada 250 mindən 700 minə, ABŞ-da isə 484 mindən 2 milyona kimi artdığı göstərilir. Belə çıxır ki, əgər bu 3 ölkədə 2010-cu iləcən təxminən 2 milyon 434 min erməni yaşayırdısa, 2020-ci ildə onların sayı sürətlə artaraq 5 milyon 700 minə çatmışdır. Böyük Ermənistan” ideyası ilə zəhərlənən bir xalqın Ermənistanda sayının 3 milyon 500 mindən 1 milyon 500 minə düşməsi, Fransa, ABŞ və Rusiyada isə cəmi 10 il ərzində 5 milyon 700 minəcən - təxminən iki dəfədən çox artması heyrət doğurur. Necə olur ki, “Böyük Ermənistan” ideyası ilə çırpınan və savaşan xalq ildırım sürəti ilə vətənini tərk edir? Əgər ermənilər “Böyük Ermənistan” ideyasına belə tüpürürlərsə, həmin cəfəng ideyanı bu xalqa sırımağa hansı qüvvələr çalışır? Məsələ burasındadır ki, araşdırmaq istədiyimiz ərəb ölkələrindən də ermənilər köç edirlər. Amma orada yenə də kifayət qədər erməni yaşayır. Bu gün 5 ərəb ölkəsində onların təxmini sayı 400 minə yaxındır.

Maruanın həyat yoldaşı Yelena izah edir ki, bu, böyük qüvvədir. Azərbaycanla müqayisədə onların təbliğat sahəsində əsrlik təcrübəsi, işlək mexanizmləri və sabit maliyyə mənbələri var. Erməni diasporu öz yalanlarını sistemli surətdə ərəb kütləvi informasiya vasitələrində yerləşdirə, ictimai fikri öz tərəflərinə çəkə bilir. Bu baxımdan Azərbaycan ərəb dünyasında fərqli yanaşma ilə  seçilən təbliğat maşınını qurmalı, günümüzədək qazanılan uğurları mütəmadi artırmalıdır.

 

 

 

Sudah Maruan və ailəsi

 

 

 

Sudahlar ərəb dünyasında Azərbaycanın haqq işini fərqli bir tərzdə müdafiə edən ilk jurnalistlərdəndir. Maruanla 43 ildir ki, dostluq edirik. Dostluğumuzun baməzə bir tarixçəsi var. 1978-ci ildə Lomonosov adına MDU-nun hazırlıq kursunda oxuduğumuz zaman bir gün onunla yataqxanamızın yanından keçən Zaqorodnoye şosesi ilə üzüaşağı gedirdik. Yolun solundakı yanacaqdoldurma məntəqəsində benzin dolduran qurğuların biri qəfildən alışdı və ətrafı alov bürüdü. “Maruan, qaçdıq!” deyə qışqırdım və yanğını söndürməyə cumdum. Oraya çatanda gördüm ki, dostum qeyb olub. Amma 10-15 saniyə keçməmiş Maruan tələsik yaxınlaşdı, əlini çiynimə qoyub dedi ki, qardaş, bağışla, elə bildim əks tərəfə qaçmaq lazım olduğunu dedin. O vaxt Maruan rus dilini o qədər də yaxşı bilmirdi, anlaşılmazlıq da bundan yaranmışdı.

Yanğını söndürüb geri qayıdanda elə hey rus dilini pis bildiyinə görə özünə qeyzlənib deyinirdi. Məni tək qoymadığı üçün həmin gün anladım ki, ona güvənmək olar.

 Maruan cavan olsa da, İordaniyada bir kommunist kimi marksist ədəbiyyatını yaydığı üçün həbsə alınmışdır. Dediyinə görə, hətta işgəncələrə məruz qalmışdır.

Moskvada hazırlıq kursunu bitirdikdən sonra o, Sankt-Peterburq Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş, rus qızı ilə ailə qurmuşdur. Təhsilini başa vurduqdan sonra həyat yoldaşı Yelena ilə birlikdə vətəninə dönmüşdür. Uzun illər müxtəlif qəzetlərdə çalışmışdır. Hazırda isə beynəlxalq mövzuda yazan yaşlı ərəb jurnalistlərindəndir. Rusiyada, Çində, Şimali Koreyada, Qazaxıstanda, Azərbaycanda və bir sıra başqa ölkələrdə olub. Fəaliyyəti bir neçə dövlət tərəfindən orden, medal və hədiyyələrlə qiymətləndirilib. Ölkəmizlə ilk tanışlığı ötən əsrin 70-ci illərində Azərbaycan radiosunun ərəb redaksiyası ilə əməkdaşlıqdan başlayıb. Artıq 50 ildən çoxdur ki, Azərbaycanla bağlı yazılarla çıxış edir. Məqalələri ərəb mətbuatından başqa “Azərbaycan” qəzetində dərc edilir, “AZƏRTAC”ın xətti ilə tərcümə edilərək ölkə KİV-ində yayılır.

Maruan Sudah erməni təbliğatını iki mərhələyə bölür. Birinci mərhələ Azərbaycan torpaqlarının işğal altında olduğu illəri əhatə edir. İkinci mərhələyə isə 44 günlük müharibə və böyük Qələbədən sonrakı dövr aiddir.

 

 

 

İşğalçı dövlətin azğın təbliğat maşını

 

 

 

XX əsrin sonlarında Azərbaycan müstəqilliyinə qovuşduqdan bir qədər sonra erməni faşist qüvvələri Dağlıq Qarabağı işğal etdilər. Həmsöhbətlərim həmin illəri xatırlayarkən qeyd edirlər ki, o zaman İordaniyada, eləcə də digər ərəb ölkələrində heç kim Bakıda real vəziyyətin necə olması haqqında təsəvvürə malik deyildi. Erməni təbliğat maşını isə var gücü ilə işləyir, özünün işğalçı siyasətini gizlətmək və bütün günahları Azərbaycanın üstünə atmaq üçün dəridən-qabıqdan çıxırdı. “Artcax”ın “azad olunması” eninə-uzununa təbliğ edilirdi. “Əzabkeş” xalqın “ədaləti bərpa etdiyi” xəbəri yayılırdı. Bu isə o demək idi ki, bütün dünyada erməni təbliğat maşını eyni ssenari üzrə çalışırdı, eyni mərkəzdən idarə olunurdu.

İordaniyada ölkəmizin səfirliyi açıldıqdan sonra Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində müəyyən addımlar atılmağa başladı. Bu yerdə qeyd edək ki, dostumuz Maruan hələ uşaqlıqdan - 1970-ci illərin əvvəlindən Azərbaycan radiosunun ərəb redaksiyası ilə məktublaşır, müsabiqələrdə iştirak edir, sovet Azərbaycanı haqqında jurnalkitablar oxuyurdu. Ölkəmizə sevgimaraq daha sonralar onu İordaniyaya səfir təyin edilən Elman Araslı ilə yaxınlaşdırdı. İllər ötdükcə bu münasibətlər ailəvi dostluğa çevrildi. Yelena da səfir Elman Araslının həyat yoldaşı Elvira xanımın xahişi ilə onaİordaniya - sevgim mənim” kitabını yazarkən yaxından kömək etdi. Yelena belə deyir: “Azərbaycan səfiri ilə belə möhkəm ailəvi əlaqələrimiz, təbii ki, bizi ömürlük Azərbaycana bağladı və biz bu ölkənin uğurlu fəaliyyətinin təbliğatçılarına çevrildik. Biz o vaxtdan indiyədək Azərbaycan səfirliyi ilə İordaniya mətbuatı arasında körpü rolunu oynamışıq və bu gün də həmin vəzifəni məmnuniyyətlə yerinə yetiririk. Bizim Azərbaycana olan daimi rəğbətimiz qızımız Mariyaya da təsir etmişo da bizim tutduğumuz yolu seçmişdir”. Lakin müsahiblərim etiraf edirlər ki, o illər erməni təbliğatına qarşı mübarizə aparmaq o qədər də asan deyildi.

5-6 il əvvəl Maruan Sudah işlədiyi nüfuzlu “Əl Rəy” qəzetində erməni təbliğatını və Ermənistan dövlətinin işğalçı siyasətini açıb göstərən yazı ilə çıxış etdi. Erməni diasporu müəllifə qarşı dərhal əks-hücuma keçdi, təqiblər, hədələr başlandı. Eyni zamanda birbaşa redaksiyaya müraciətlər göndərildi və Maruan Sudahın işdən qovulması məsələsi qaldırıldı. Özlərini həmişə haqlı tərəf kimi qəbul etdirə bilən və İordaniya cəmiyyətində heç bir müqavimətlə üzləşməyən erməni diasporu Sudahın işdən çıxarılmasına nail oldu. Bəli, rəqibləri olmadığı üçün erməni diasporu informasiya məkanında ağalıq edə, istədiyi adamı məhşər ayağına çəkə bilirdi.

Yelena Neqodina bir məsələyə də aydınlıq gətirdi. Dedi ki, onların ailəsi Azərbaycanı müdafiə edərkən yalnız bir məqsəd güdür: “Biz bunu ona görə edirdik ki, Azərbaycan kimi kiçik dövlətin əraziləri işğalçılar tərəfindən qəsb edilmişdi, hər bir ədalətli insanın isə vəzifəsi haqqı müdafiə etməkdir. Bilirsinizmi, gizlətmək istəmirəm, şəxsən mənim erməni tanışlarım var. Bizim çıxışlarımız dincsülh şəraitində yaşamağa can atan erməni xalqına qarşı deyil. Hətta biz bu addımı atsaq belə İordaniya dövlətinin qanunlarına görə cinayət məsuliyyətinə cəlb oluna bilərik. Biz işğala, dinc əhaliyə tutulan işgəncələrə rəhbərlik edən Ermənistan dövlətinin aqressiv siyasətinə qarşıyıq”.

 

 

 

Dönüş nöqtəsi

 

 

 

Maruan Sudah belə hesab edir ki, ərəb dünyasında 44 günlük müharibənin ilk günlərindən Azərbaycan həqiqətlərinin təbliğində böyük imkanlar yarandı və erməni təbliğat maşını sürətlə çökməyə başladı:Prezident İlham Əliyevin müharibə dövründə xarici KİV-ə verdiyi 30-dan çox müsahibə ideoloji cəbhədəki gələcək qələbələrinizin təməlini qoydu. Azərbaycan Prezidenti bu müsahibələrində “zavallı və əzabkeş xalq”ın ağıları arxasında gizlənən erməni faşizminin mahiyyətini məharətlə ifşa edirdi. Xarici jurnalistlərə verilən bir çox müsahibələr əsl söz döyüşünü xatırladırdı. Prezident İlham Əliyev heç kimin qarşısından geri çəkilmədi, bütün ittihamlara ləyaqətlə, təmkinlə müdrik cavablar verdi. Bu müsahibələrə bütün dünya baxırdı, ərəb dünyasında da onlar yayımlanırdı. Müsahibələrin sayı artdıqca uydurma erməni təbliğatı sabun köpüyü kimi partlayırdı, işğalçı dövlətin üzü açılır, erməni faşizmi ifşa edilirdi. Əsrlər boyu dünya ictimaiyyətinin şüurunu yalanlarla zəhərləyən erməni təbliğatı 44 günün içində ölümcül zərbələr aldı”.

 

Yelena da razılaşır: “İşğal olunmuş ərazilər azad edilərkən müharibə səhnəsində aparılan döyüşlərinmi, yoxsa Prezident İlham Əliyevin müsahibələrininmi erməni işğalçılarına daha ağır zərbə vurduğunu demək çətindir. Lakin mənə elə gəlir ki, hər iki cəbhədə aparılan döyüşlər mükəmməl idi və kənardan baxanlarda heyrət doğurmaya bilməzdi. Bütün dünya, o cümlədən ərəb dünyası kimin haqlı və kimin haqsız olduğunu aydın gördü”.

 

 

 

Erməni təbliğat maşınına ölümcül zərbə

 

 

 

Həqiqətən ağır döyüşlərin getdiyi günlərdə dünya KİV-ində yayılan açıqlamalar hamının diqqətini çəkirdi. Hər müsahibə Azərbaycanın necə əsassız təzyiqlərə məruz qaldığını, bu müharibədə nə dərəcədə haqlı olduğunu üzə çıxarırdı. “Cəbhə bölgəsində Azərbaycanın yaşayış məskənləri işğaldan azad edildikcə bu torpaqlardan təcili görüntülər yayılırdı. Biz hamımız işğaldan azad edilmiş ərazilərdə törədilən vəhşilikləri, qətlləri görürdük. Onlar nəinki məscidləri dağıdıb orada mal-qara saxlayır, hətta xristian abidələrinə də qənim kəsilmişdilər, - deyən Maruan sözünə davam edir: “Azərbaycan tərəfinin döyüşlər ərəfəsindəki yaydığı təcili məlumatlar və görüntülər uydurma erməni təbliğatını çökdürürdü, dünya sizin dövlətin müharibəyə zorla təhrik edilən tərəf kimi hansı böyük itkilərə məruz qaldığını görürdü. Sizin təbliğat maşını çox səlis işləyir, bütün haqsız informasiya hücumlarının qarşısını yubanmadan alırdı”.

 

Bəli, dağıdılan şəhərlər, viran qoyulan kəndlər özlərini mədəni, müdriksivil xalq kimi dünyaya təqdim edən erməni işğalçılarının üzünü açdı. Bunu bütün dünya, o cümlədən ərəb ölkələrindəki kütləvi informasiya vasitələrinin rəhbərləri gördülər. İndi hamımız anlayırıq ki, Ermənistan dövləti vəhşiliklərini gizlədir, yalan danışır və hər şeyi Azərbaycan tərəfinin üstünə atmağa çalışır. Artıq heç kim onlara inanmır, onların təbliğatının cəfəngiyyat olduğunu anlayırlar. Müharibə bitdikdən sonra işğal edilmiş ərazilərdən geniş reportajlar verildi, çoxsaylı KİV nümayəndələri, səfirliklərin əməkdaşları erməni işğalçılarının viran qoyduğu, bombaladığı ərazilərə dəvət edildi.

 

Bu gün İordaniyada erməni dövlətinin yalanlarına heç kim inanmır, heç bir diaspor təmsilçisi əvvəlki illərdə olduğu kimi, mətbu orqanların üstünə yeriyib haqlarında yazılanları böhtan, iftira adlandıra bilmir və artıq buna cəsarəti də çatmır.

 

 

 

Qələbə ruhən güclünün tərəfindədir

 

 

 

Ali Baş Komandanın və ordumuzun erməni işğalçıları üzərində tarixi qələbəsi erməni faşizmini həm darmadağın, həm də ifşa etdi. Lakin reallıqlar onu göstərir ki, düşmən döyüş mövqelərini qorxaqcasına atıb qaçsa da, tarixin dərslərindən və acı məğlubiyyətindən ibrət almaq əvəzinə informasiya cəbhəsində həmlələrini səngitmək niyyətində deyil. Bu gün erməni təbliğat maşını dünya ictimaiyyətinin rəyini öz mənafeyinə dəyişmək üçün ideoloji müharibənin bütün elementlərindən yararlanmağa çalışır, əks-hücuma keçərək mövqelərindən geri çəkilmir. Onların mübarizə texnologiyaları yüz il əvvəl olduğu kimi yenə yalana, şantaja, hər şeydə qarşı tərəfi ittiham etməyə əsaslanır. İftira, böhtan üzərində qurulan, “qədim, müdrik və əzabkeş xalqimicini bayraq edən erməni təbliğatı köhnə havada yallı getdikcə daha çox uduzur, özünü ifşa edir.

 

XVI əsrin hüquqşünası Prüden de Sen-Morinin kitabının üz qabığında latın dilində belə bir deyim var: “Ruhən güclülər qalib gəlir və fayda gətirir”. 400 yüz il əvvəl yazılan bu ifadə Azərbaycanın bugünkü Qələbəsinin mahiyyətini izah edir, artıq tarixə çevrilən müharibədən hər iki tərəfə faydalanmağın mövcud yollarını göstərir. Amma nə edəsən ki, dövlətimiz sülhə və barışa səmtlənən bütün zəruri addımları atsa da, erməni siyasi elitası nə xalqının, nə məğlubiyyətlərinin faciəsini dərk edir, nə də Azərbaycanın əməkdaşlıq təkliflərindən faydalanır.

 

 

 

Köklü islahatların və yeni ideyaların təsir gücü

 

 

 

Ərəb jurnalistləri söhbət zamanı onu da qeyd etdilər ki, Azərbaycanda aparılan köklü islahatlar xarici siyasət idarəsinin və səfirliklərin fəaliyyətində aşkar hiss olunur. Onlar əvvəlki illərdəkindən daha fəaldır, daha çevik hərəkətlər edir, yerli mətbuat orqanları ilə birbaşa daha dərin əməkdaşlıq əlaqələri qurmağa çalışırlar. Maruanın fikrincə, Azərbaycan ağır maharibədən çıxmasına baxmayaraq, bütün istiqamətlərdə uğurla inkişaf edir. Ölkə Qarabağda quruculuq işlərinə start verib, yüksək texnologiyalara keçir, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini reallaşdırır, yollar çəkir, aeroportlar tikir. Bütün bunlar qürur doğurur. O, belə deyir: “Ermənistan dövlətinin işğalçılıq siyasətinin bundan sonra da ifşa edilməsi zəruridir. Burada yeni ideyaların, yeni fikirlərin tətbiq edilməsi vacibdir. Bizim ailəmiz mütləq hər həftə Azərbaycanla bağlı İordaniya mətbuatında çıxış edir. Bundan başqa, fəaliyyətimizi bir qədər də genişləndirmişik. Artıq İordaniya jurnalistlərinin “Azərbaycanın dostları” saytını yaratmışıq, onun fəaliyyətini genişlədiririk. Bu saytda bir neçə ərəb ölkəsinə çıxışımız var. Azərbaycan KİV ilə də münasibətlərimiz dərinləşir. Onların xahişləri ilə vacib yazıları İordaniya mətbuatında yerləşdirməyə başlamışıq. Artıq müsbət nümunələrimiz var”.

 

Yelena, qızı Mariya da bildirirlər ki, bu münaqişəni işıqlandırarkən onu yaradan real səbəbləri cəmiyyətlərinə təqdim etməyə çalışırlar: Lakin hələ də nəinki İordaniyada, bütünlükdə Yaxın Şərqdə, ərəb ölkələrində, əsasən Liviyada, Suriyada çoxsaylı erməni diasporu münaqişənin əsl səbəblərini gizlədərək, yanlış məlumatları yayırlar. Ərəb ölkələrindəki Azərbaycan səfirliklərinə 400 min nəfərlik erməni diasporunun zərərli fəaliyyətinin qarşısını almaq o qədər də asan deyil”.

 

Yelena belə deyir: “Həm İordaniyada, həm də digər ərəb ölkələrində azərbaycanlı qadınlar çoxdur. Digər postsovet ölkələrində də ərəblərlə ailə quran xanımlar var. Onlar asanlıqla birləşərək cəmiyyət yarada, bu istiqamətdə daha faydalı işlər görə bilərlər. Bizə gəldikdə həmişə lazım olan dəstəyi verməyə hazırıq”.

 

Söhbətimizin sonunda Maruana bir sualla müraciət etdim:

 

- Sən bir neçə dövlətin orden medalları ilə təltif olunmusan. Onların sırasında Azərbaycandan təltiflərin varmı?

 

- Yaxşı sualdır, - deyə Maruan gülümsəyir. - Mən sizin ölkədən heç vaxt hər hansı bir təltif gözləməmişəm, burada əqidə məsələsi daha vacibdir.

 

- Bəlkə könlündən nəsə keçir? - deyə dostumdan zarafatyana soruşdum.

 

- Əlbəttə ki, keçir. Azərbaycana 50 illik bağlılığım mənə ölkənizin vətəndaşlığını xahiş etməyə imkan verir. Istərdim ki, cibimdə Azərbaycan pasportu olsun, azərbaycanlı adını daşıyım.

 

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2021.- 5 may.- S.1;10.