Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verildi.

Bildirildi ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu.

 

 

Azərbaycan.-2021.- 17 may.- S.8.