S.X.Rüstəmxanlının Şöhrət ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Xudu oğlu Rüstəmxanlı Şöhrət ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2021-ci il

Azərbaycan.-2021.- 21 may.- S.3.