Cənab Ali Baş Komandan, halaldı Sizə...

 

 

Cənab Ali Baş Komandan,

halaldı Sizə,

istirahət eləməyə

var tam haqqınız.

44 günü Siz yazdınız

tariximizə,

Günəş kimi

 

dünyaya

 

doğacaqsınız.

 

 

Xarıbülbül festivalı

bir möcüzəydi,

yerlər-göylər ovsunlanıb

dedim, - Şuşada.

Dağlar təzə, həyat təzə,

yollar təzəydi,

Paytaxt Şuşa doğulurdu

qədim Şuşada.

 

 

Dünən Qalib Sərkərdəni

xalq alqışlayır,

mən gördüm ki, növbədədi

söz , ülfət .

Baş Komandan harda durub,

ordan başlayır

bu dünyaya ilk xəbər ,

müraciət !

 

 

Sən azadsan, əziz Şuşa! -

onun səsiydi,

vurğusu da, nidası da

yadda qalırdı.

Festival da işğalçının

məhkəməsiydi,

ilk dəfəydi, əsir dağlar

nəfəs alırdı.

 

 

Dünən yarış keçirirdi

bu qonşu xalqlar,

biriydilər xeyirdə ,

hələ şərdə ...

Belə sevinc görməmişdi

Şuşada dağlar,

Üzlərdə , gözlərdə ,

ürəklərdə !

 

 

Filankəsi, filankəsi

dağlarda gördüm,

Paytaxtın ilk qonağıydı

Şuşada onlar.

Üzeyiri , Bülbülü

mən orda gördüm,

Festivalda, yarışlara

qoşulmuşdular.

 

 

Ulu Öndər Şuşa, - deyə

nitq eləyirdi,

- Vətən, Ana həsrətidi

Şuşa həsrəti

- Xoşbəxtəm ki, - oğlu İlham

belə deyirdi:

- Mən yerinə yetirmişəm

bu vəsiyyəti!

 

 

Cənab Ali Baş Komandan,

halaldı Sizə,

istirahət eləməyə,

var tam haqqınız.

44 günü Siz yazdınız

tariximizə,

Günəş kimi dünyaya

doğacaqsınız.

 

 

Nəriman HƏSƏNZADƏ, Xalq şairi

Bakı şəhəri,

14 may 2021-ci il

Azərbaycan.-2021.- 18 may.- S.1.