Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Əliyev Firdovsi Şahmirzə oğlu

 

“Tərəqqi” medalı ilə

 

Allahverdiyev Rəşad Adadil oğlu

 

Ataşov Şahin Əjdər oğlu

 

Bağırov Ağaəli Məhəmməd oğlu

 

Əhmədova Seyran Əhməd qızı

 

Əmirov İlqar Fikrət oğlu

 

İbrahimova İradə Tahir qızı

 

İsayev Batıxan Xanlar oğlu

 

Qəribov Cabbar Ələsgər oğlu

 

Məlikov Ədilağa Əvəz oğlu

 

Məmmədov Cahid Murad oğlu

 

Məmmədova Gülşad Vaqif qızı

 

Piriyev Müzahim İman oğlu

 

Səmədov Ağamahmud Məhəmmədirza oğlu

 

Tağıyev Qınyaz Şirməmməd oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Əbdülov İmran Məmmədəli oğlu

 

Hüseynov Xalıqverdi Cəmil oğlu

 

Qəhramanov Akif Rüstəm oğlu

 

Məmmədov Fizuli Rafiq oğlu

 

Osmanlı Azər Binəli oğlu

 

Zeynalov Adil Şayıq oğlu.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2021-ci il

Azərbaycan.-2021.- 23 may.- S.2.