Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

 

Böyük hörmət və ehtiramla,

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti

Azərbaycan.-2021.- 26 may.- S.2.