Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

İcazə verin, Zəfər Günü münasibətilə Sizibütün Azərbaycan xalqını təbrik edim.

Bu Zəfər yaşından, cinsindən, təhsilindən, karyera mövqeyindən, yaşadığı yerdən, dini etiqadından asılı olmayaraq hər bir azərbaycanlını, yəni bütün Azərbaycan xalqını sevindirir, ruhlandırır.

Hiyləgər və məkrli düşmən üzərində çoxdan gözlənilən bu Qələbə təhqir edilmiş şərəfin bərpası və ali ədalətin təntənəsi, Vətən torpaqlarının azad edilməsi naminə qazanılıb.

Bu Qələbə asanlıqla qazanılmayıb – biz Birinciİkinci Qarabağ müharibələrində şəhidlər vermişik, onların xatirəsini unutmayacağıq, onların qəhrəmanlıqları daim tərənnüm ediləcək. Mən onların məzarları qarşısında, analarının, atalarının, həyat yoldaşlarının və uşaqlarının qarşısında bu ağsaçlı başımı əyirəm!

Rəşadətli Ordumuz cəsarət, hərbi məharət və igidlik möcüzələri göstərdi. Ordumuza eşq olsun!

Bizim böyük Zəfərimizdə Sizin ən mühüm rolunuzu qeyd etməyə bilmərəm.

Dövlət rəhbərlərinin qiymətləndirilməsi üçün bəşəriyyətin çoxəsrlik tarixində formalaşmış meyarlar var – dövlətin suverenliyinionun sərhədlərinin təhlükəsizliyini qorumaq bacarığı, millətin sağlamlığı, demoqrafikekoloji sabitlik, siyasiiqtisadi müstəqillik, xalqın əxlaqi dəyərlərinin və indentikliyinin qorunub saxlanılması – Siz yuxarıda sadalananların hamısını tam təmin etməyə nail oldunuz.

Döyüş əməliyyatları dövründə Sizin strateji qərarlarınız sadəcə hərbi baxımdan müdrik və cəsarətli qərarlar deyil, həm də xüsusən diplomatik məkanda müstəsna dəqiq qərarlar olub.

Mən uzun müddətdir ki, xaricdə yaşayıram və öz tarixi Vətənimizi heç vaxt unutmuram. Yaşımın bu cağında mən mənəvi rahatlıq qazandım. Sizi Zəfər bayramı münasibətilə bir daha təbrik edirəm.

Yaşasın Azərbaycan!!!

Hörmətlə,

 

Məmməd Əliyev

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmlər

Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” ordenləri ilə,

Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə

təltif edilmiş,Rusiya Federasiyasının dövlət mükafatı laureatı,

Rusiya Hökumətinin mükafatı laureatı,Rusiyanın Əməkdar elm xadimi,

Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü

 

Azərbaycan.- 2021.- 11 noyabr.- S.11.