Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizibütün xalqımızı İordaniyadakı Azərbaycan diasporunun üzvləri adından Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. 44 günlük müharibə dövründə biz Vətəndən uzaq olsaq da, bütün qəlbimizlə, dualarımızla əsgərlərimizin yanında idik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin.

Cənab Prezident, qazanılan böyük Qələbə Sizin Ali Baş Komandan kimi müdrik rəhbərliyinizin, Ordumuzun yüksək peşəkarlığının və xalqımızın birliyinin nəticəsidir. “Dəmir yumruqgücünü göstərdi və torpaqlarımız düşmən tapdağından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə hazırda Sizin rəhbərliyinizlə həyata keçirilən bərpa, yenidənqurma işləri bizi çox sevindirir.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Vətənimiz Azərbaycana sülh, əmin-amanlıq, tərəqqi arzulayırıq.

Hörmətlə,

 

Zümrüd Dadaşova

İordaniyadakı Azərbaycan diasporunun rəhbəri və əlaqələndiricisi

 

Azərbaycan.- 2021.- 11 noyabr.- S.11.