Azərbaycan tarixinə əbədi yazılan tarix

 

 

 

44 gün Azərbaycanın Zəfər tarixinin ən şanlı səhifəsidir. Bu Qələbəni bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza ömür boyu minnətdar olmalıyıq. Bu tarixi Qələbəni müxtəlif aspektlərdən qiymətləndimək üçün həmin hadisələrin xronologiyasına diqqət edək.

Otuz ilə yaxın davam edən mənasız danışıqlar artıq erməni xalqında eyforik bir vəziyyət yaratmışdı. Onlar öz mifoloji qəhrəmanlıqlarına özlərini inandırmış və bu sindrom sağalmaz bir mərhələyə qədəm qoymuşdur. Bu sindromun ən bariz nümunəsi isə Rusiya Federasiyasının Valday şəhərində baş verdi. Belə ki, “Valday” Beynəlxalq Diskussiya Kulubunun XVI illik iclasının (3 oktyabr 2019-cu il) plenar sesiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır nöqtə” deməklə danışıqlar formatının üstündən bir xətt çəkmişdir. Həmin sessiyada Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana cavab olaraq bildirdi: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valdayforumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özübu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dilindən səsləndirilmiş “Qarabağ Azərbaycandır!” şüarı 44 günlük Vətən müharibəsinin əsas leytmotivinə çevrildi. Bu nidanın arxasında dayanan güc və iradə tarixə Zəfər salnaməsini yazdı.

Dünya artıq 2019-cu ilin sonlarından COVID-19 pandemiyasının təhlükələri ilə üz-üzə qalmışdır. Belə bir həssas məqamda Ermənistan ordusunun silahlı qüvəlləri 12 iyul 2020-ci il tarixdə Qarabağın sərhəd bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən Tovuz rayonu ərazisindən irimiqlyaslı hücum və təxribat həyata keçirdilər. Tovuz hadisələri təcavüzkarın nəinki ərazilərdən çəkilmək, hətta yeni ərazilər işğal etmək niyyətini bir daha təsdiq etdi. Hücum nəticəsində Azərbaycan Ordusunun 7 nəfər hərbçisi şəhid oldu.

 

 

 

Tovuz hadisələrindən 27 sentyabradək olan zaman kəsiyi

 

 

 

Tovuz hadisələrindən sonra cənab Prezident İlham Əliyev yenə də öz sülhpərvər çağrışlarını davam etdirdi. Ermənistan tərəfini BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-cü il 853 saylı, 14 oktyabr 1993-cü il tarixli 874 saylı, 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrini icra etməyə çağırdı. Lakin Ermənistan öz işğalçı siyasətini davam etdirməyə təkid və Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid edirdi.

 

27 sentaybr 2020-ci il tarixdə səhər saatlarında Ermənistanın bütün cəbhəboyu hücumuna qarşı Ali Baş Komandan İlham Əliyev əks-həmlə əməliyyatına başlanması barədə əmr verməklə Azərbaycan Zəfər salnaməsinin ən böyük imzasını atmış oldu.

 

27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir. İclasda Prezident deyir: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edirbu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

 

Səhər tezdən məlumatı alan kimi mən müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdimbu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır”.

 

Çıxışın sonunda Ali Baş Komandan böyük inamla deyir: “Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan!”

 

Emosional gərginlik dövrü olmasına baxmayaraq, Ali Baş Komandan çox böyük müdriklik və təmkinlə milli və beynəxlaq qanunvericilik normalarına əməl edilməsinə ciddi nəzarət edir və ardıcıllıqla zəruri addımları atır.

 

Cənab İlham Əliyev 44 günlük müharibə dönəmində dövlət başçısı kimi iki fərqli keyfiyyətdə öz parlaq istedadını göstərdi: Mahir diplomat və hərbi sərkərdə.

 

 Müharibə başlanandan bir gün sonra 28 sentyabr 2020-ci il tarixdə BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş oldu. Cənab İlham Əliyev BMT-nin Baş katibinə ölkəmizə qarşı törədilən təxribat barəsində dolğun məlumat verdi. Həmçinin Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirməsi barədə də qurum rəhbərinə məlumat verdi. Dövlət başçısı vurğuladı ki, Ermənistan tərəfi birinci dəfə deyil ki, belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

 

Ölkə Prezidenti bildirdi ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

 

Heç kimə sirr deyil ki, müharibənin əsas qalibiyyətinin təmin olunmasında informasiya siyasətinin düzgün qurulması əsas rol oynayır. Ruh yüksəkliyinin qorunub saxlanmasında ön cəbhədən verilən xəbərlər müstəsna əhəmiyyətə malikdir. Bu məsələyə də cənab Ali Baş Komandan özü rəhbərlik etdi. Ali Baş Komandan Qələbənin təmin olunması ilə bağlı kiçik bir ehtimalları belə gözardı etmədi. Hərbi əməliyyatlara rəhbərlik edən şəxs kimi hər dəqiqə müxtəlif informasiyaların əldə olunaraq təhlil və qərarlar qəbul edilməsi nə dərəcədə zəruri idisə, informasiya savaşı da bir o qədər vacib idi.

 

 

 

Ali Baş Komandanın informasiya cəbhəsindəki fəaliyyəti xəbər savaşının əsas konponenti idi

 

 

 

44 günlük Vətən müharibəsi dönəmində Ali Baş Komandan, Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, işğalın mahiyyətini, səbəblərini sistemli şəkildə dünya auditoriyasının diqqətinə çatdırdı.

 

Dövlət başçısı İlham Əliyev müharibə dönəmində dünyanın diqqət mərkəzinə çevrildi. Bu məsələdə təkcə regional və beynəlxalq geosiyasi maraqlar deyil, cənab İlham Əliyevin şəxsi keyfiyyətləri, siyasidiplomatik bacarığı müstəsna rol oynadı.

 

 Prezident İlham Əliyev müharibədən sonra yerlixarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin əhəmiyyəti barədə danışdı: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.

 

Müharibə dönəmində ermənilər Azərbaycan tərəfindən xarici muzdlu əsgərlərin döyüşməsi, müharibənin xristian-müsəlman müharibəsi kimi təqdim etmək cəhdlərinə Prezidentin birbaşa müsahibələri bu yalançı təbliğata son qoydu. Həmçinin dünya ictimai rəyində cənab Ali Baş Komandanın nə dərəcədə hazırlıqlı siyasi xadimmüdrik diplomat olduğu bir daha təsdiqini tapdı.

 

 Prezident İlham Əliyevin ərazilərimizin işğaldan azad olunması müjdəsini birbaşa televiziya ilə xalqa çatdırması, xalqla vahid bir orqanizm kimi həmahəng hərəkət etməsi Prezident-Xalq vəhdətinin təntənəsi idi. Həmin dönəmlərdə Prezidentin dilindən xalq dilində söylənmiş və dillər əzbəri olanQarabağ Azərbaycandır!”, “İti qovan kimi”, “Nə oldu Paşinyan?” fikirləri Qələbəyə yüksək emosianal ovqat bəxş etdi.

 

 

 

Hamının gözlədiyi an: Şuşanın azad olunması

 

 

 

Hər kəs həyəcanla bütün torpaqlarımızın, xüsusilə Azərbaycan xalqı üçün mənəvi dəyər daşıyan Şuşanın azad olunması xəbərini gözləyirdi. O tarixi gündən bir neçə gün əvvəl - 3 noyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin “Ordumuz Şuşaya bir nəfəs qədər yaxındır!” açıqlaması Azərbaycan xalqının qəlbində inamı və həyəcanı daha da artırdı. Azərbaycanın üçrəngli müqəddəs bayrağı artıq işğaldan azad olunmuş ərazilərimizdə dalğalanırdı. Lakin hər kəs həyəcanla Şuşanın azad edilməsini gözləyirdi.

 

8 noyabr 2020-ci ildə Ali Baş Komandan Şuşanın azad edilməsi xəbərini Azərbaycan xalqına xəbər verdi: “ Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi bu xoş xəbəri Azərbaycan xalqı böyük həyəcanla qarşıladı. İnsanlar küçələrə, meydanlara axışaraq böyük qürur və sevinc hissləri ilə paylaşdılar.

 

Əziz Şuşa, sən azadsan!

 

Əziz Şuşa, biz qayıtmışıq!

 

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

 

Prezident İlham Əliyevin həmin günü Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazdı.

 

 

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri

Azərbaycan.-2021.- 6 noyabr.- S.10.