ADA Universitetinin ABŞ-dakı Mərkəzində caz, azadlıq və müstəqillik mövzusunda tədbir keçirilib

 

ADA Universitetinin ABŞ-dakı Mərkəzinin və Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə “Uliyam Konnover, Vaqif Mustafazadə, Frederik Starr: Caz, azadlıq və müstəqillik” mövzusunda tədbir təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində ADA-nın ABŞ-dakı Mərkəzində "Uliyam KonnoverVaqif Mustafazadə caz saatı" mövzusunda fotosərginin açılış mərasimi baş tutub. Sərginin açılışından sonra tarixiWhittemore House”da ziyafət konfrans keçirilib. Burada ADA Universitetinin əməkdaşlıq etdiyi universitetlərin dekanları, professor müəllimləri, dövlət ictimai xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd cazın ölkəmizdəki zəngin tarixi köklərini bir daha yada salıb, caz musiqisinin xalqlarımız arasında körpü qurduğunu nəzərə çatdırıb. O, cazın Azərbaycandakı tolerant fikir tərzinin simvollarından biri olduğunu vurğulayıb.

Tədbirdə Vaqif Mustafazadənin yaradıcılığına nəzər salınıb, “Amerikanın Səsiradiosunda caz verilişlərinin aparıcısı Uliyam Konnoverin onun barəsində təşkil etdiyi verilişlərdən fikirlər səsləndirilib.

Sonra ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Azərbaycan Respublikasının müstəqillik illərində keçdiyi yollardan qazandığı zəfərlərdən bəhs edib.

Rektor Hafiz Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindənDostluqordeni ilə təltif edilən Azərbaycanın müstəqilliyinin dəstəkçisi, Mərkəzi Asiya Qafqaz İnstitutunun sədri caz ifaçısı Frederik Stara ordeni şəxsən təqdim edib.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çoxşaxəli əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə ordenlə təltif edilən Frederik Star Prezident Əliyevə minnətdarlığını bildirib, Azərbaycanın bölgədəki geostrateji əhəmiyyətindən danışıb.

Tədbirdə, eyni zamanda, Evin Milli Təhlükəsizlik Şurasının Avropa Avrasiya üzrə sabiq direktoru Deyvid Merkel, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Şimali Texas Universitetinin tədqiqatçısı Maristella Fyustl Azərbaycan-Amerika Musiqi Fondunun icraçı direktoru Cəmilə Spitzberq çıxış ediblər.

Tədbir Amina Fiqarovanın rəhbərlik etdiyi caz orkestrinin ifasında konsertlə başa çatıb. Konsertdə ölməz sənətkar Vaqif Mustafazadənin Qərb caz əfsanələrinin musiqi kompozisiyaları səsləndirilib.

Qeyd edək ki, “Uliyam Konnover Vaqif Mustafazadə caz saatısərgisi gələn il fevralın 28-dək davam edəcək.

 

Azərbaycan.- 2021.-18 noyabr.- S.7.