Sosial güvənlik, iqtisadi tərəqqi və milli təhlükəsizlik büdcəsi

 

 

Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm qələbəsindən bir il keçir. Ölkəmiz ağır bir savaşdan çıxıb. Buna baxmayaraq, sona çatmaqda olan 2021-ci il uğurlu olub. İşğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa və quruculuq işləri aparılmaqla yanaşı, digər bölgələr və sosial-iqtisadi sahələr də diqqət mərkəzindən kənarda qalmayıb. Bir sözlə, yaşadığımız bu ili nailiyyətlər ili kimi yola salacağıq. Tarix sübut edib ki, müharibədən çıxan hər ölkə heçbuna qadir ola bilmir.

 

Məlum olduğu kimi, hazırda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin Milli Məclisdə müzakirəsi keçirilir. Aydın görünür ki, 2021-ci ildə dinamik artım tempinin, eləcə də büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin qorunub saxlanılması, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının əhəmiyyətli artması, makroiqtisadi sabitlik növbəti ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynamışdır. Qeyd edək ki, bu il dövlət büdcəsinin icrası və aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin ilin sonuna qədər ÜDM-in real artımının neftin bir barelinin orta illik qiymətinin 50 dollar təşkil edəcəyi ssenarisində 5,1 faiz, o cümlədən qeyri-neft sektorunun real artım tempinin 6 faiz olacağı proqnozlaşdırılır. Həmçinin xatırladaq ki, cari ilin ilk 10 ayının göstəricilərinə görə neftin bir barelinin orta illik qiyməti 68 dollar olmuşdur.

 

2022-ci ilin dövlət büdcəsi layihəsi 26,8 milyard manat gəlir və 29,9 milyard manat xərc ilə təqdim olunmuşdur. Mütəxəssislər bunun ölkəmizin caristrateji inkişaf hədəflərinə, iqtisadi siyasətinə və qarşıda duran çağırışları dəf etmək iqtidarında olacağı qənaətindədirlər. Xərclərin əsas istiqamətləri bunlardır: ümumi dövlət xidmətləri, qanunvericilikicra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, müdafiə və milli təhlükəsizlik, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, kənd təsərrüfatı, iqtisadi fəaliyyət.

 

Layihədə “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”in ümumi istiqamətləri nəzərə alınmış, bu istiqamətlərin dəstəklənməsi üçün maliyyə imkanları yaradılmışdır. Gələn il neftin bir barelinin orta illik qiymətinin 50 dollar, ÜDM-in real artım tempinin 3,9 faiz, qeyri-neft sektorunun ÜDM-də payının 70 faiz, inflyasiyanın orta illik səviyyəsinin 4 faiz, orta aylıq əməkhaqqı artımının 8,7 faiz olacağı ilə bağlı göstərilən hədəflər real hesab edilmişdir. Şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yaratdığı geosiyasi reallıqların nəticəsində inkişaf potensialı daha yüksək olacaq, bu da büdcə gəlirlərinin artımına müsbət təsiri gücləndirəcək.

 

Təqdim edilmiş büdcə zərfində ÜDM-in növbəti il və sonrakı 3 il ərzində orta hesabla hər il 4 faiz, qeyri-neft sektorunun 5,1 faiz, qeyri-neft sənayesinin 8,2 faiz, kənd təsərrüfatının 4 faiz, turizmictimai iaşənin 32 faiz, informasiya və rabitə sektorunun 11,3 faiz, qeyri-neft sektoru üzrə əsas kapitala qoyulan investisiyaların 7 faiz artması proqnozlaşdırılıb. Həmçinin proqnozlaşdırılır ki, sözügedən dövr ərzində əhalinin gəlirlərinin 4 faiz orta illik real artımı olacaq, xarici dövlət borcu isə azalacaq. Kənd təsərrüfatı, özəlləşdirmə, xarici investisiyaların və xüsusilə də özəl investisiyaların cəlb edilməsi istiqamətləri üzrə əlavə potensialın olacağı da düşünülür.

 

Qeyd edildiyi kimi, cari ildə iqtisadiyyatın proqnozlaşdırıldığından xeyli artıq tempdə və həcmdə artması, dövlət büdcəsi gəlirlərinin, xüsusilə də vergigömrük rüsumu gəlirlərinin proqnozdan xeyli artıq daxil olması 2022-ci il dövlət büdcəsi gəlirlərinin planlaşdırılması üçün əsas baza rolunu oynamışdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dövlət büdcəsi xərclərinin 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1.336 milyon manat artırılmasının ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyasına uyğun olduğunu deyir: Sosial xərclərin ilk dəfə olaraq dövlət büdcəsi xərclərinin 46,4 faizini təşkil etməsi, təhsil, səhiyyə, sosial müdafiə, müdafiə və təhlükəsizlik kimi prioritet xərc istiqamətləri üzrə xərclərin artırılması bu sahələrdə aparılan dövlət siyasətinin maliyyə təminatının yaradılmasına xidmət edir. Eyni zamanda Azərbaycan Prezidentinin sosial ödənişlərin artırılması üçün imzaladığı sərəncamın maliyyə təminatı üçün büdcədə 1.441 milyon vəsaitin nəzərdə tutulması 1,6 milyona yaxın vətəndaşın sosial rifahına birbaşa təsir edəcəkdir”.

 

Bu da bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın maraqları dayanır. Belə ki, indi dövlət işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparsa da, əhalinin maddi rifah halını yaxşılaşdırmaq üçün sosial xərcləri əhəmiyyətli dərəcədə artırır.

 

Layihədə fizikihüquqi şəxslərin 2022-ci ildə büdcəyə daxil olacaq vergirüsumlardan azad olmalarının həcminin 5,5 milyard manata çatacağı göstərilir ki, bu da büdcənin qeyri-neft gəlirlərinin 43 faizinə bərabər olacaq. Həmin rəqəm dövlətin dolayı yolla iqtisadi subyektlərə və vətəndaşlara etdiyi böyük dəstəyin mühüm göstəricisidir.

 

Ölkəmiz yeni ilə yeni reallıqlarla daxil olur. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsi layihəsində işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi önəmlidir və təqdirəlayiqdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov layihədə Qarabağın yer almasının qürurverici olduğunu deyib: “Gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasının ön sırada dayanması tamamilə obyektivdirdövrün, zamanın çağırışlarına adekvatdır”.

 

Deputat dövlət büdcəsindən hərbi məqsədlər üçün kifayət qədər vəsaitin ayrılmasını da mühüm məsələ kimi qeyd edib. O, həmçinin bildirib ki, ümumilikdə büdcə gəlirlərinin proqnozlaşdırılmasında, xərclərin müəyyən olunmasında bu günün tələbləri, eyni zamanda cəmiyyətin gözləntiləri öz əksini tapıb. Səhiyyə, təhsil, müdafiə, COVID-19 pandemiyası ilə mübarizə və digər strateji əhəmiyyətə malik sahələr üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması dövlətimizin daha da gücləndirilməsinə, cəmiyyətimizin inkişafına öz töhfəsini verəcək. 2022-ci ilin büdcəsinin hər il olduğu kimi, bu dəfə də həm sosial, həm də investisiyayönümlü olduğunu diqqətə çatdıran deputat gələn ilin dövlət büdcəsinin Azərbaycanın müstəqillik tarixində ən böyük büdcə olduğunu vurğulayıb.

2022-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3056 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin həcmi 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 53 milyon manat azdır. Dövlət büdcəsinin kəsirinin maliyyələşməsində dövlət əmlakının özəlləşməsindən daxil olan, daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına cəlb ediləcək vəsaitdən istifadə edilməsinin planlaşdırılması müsbət qəbul edilir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşadığımız bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi də məhz bu dövrdə dövlətimizin siyasətinin aydın göstəricisi olacaq.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2021.- 21 noyabr.- S.5.