Ölüm dumanı

 

 

 

 

Bu zəhərli bitki köhnə məktəb müəllimləri tərəfindən dərman kimi geniş istifadə olunurdu və nəticədə minlərlə insan ölürdü. Bu təhlükəli maddəni istədiyiniz qədər istifadə edə bilərsiniz, amma bilməlisiniz ki, istifadə etdiyiniz tütünün miqdarına uyğun olaraq həyat enerjinizazalacaq…”

 

Amerikalı təbiətşünas və botanika təbabəti üzrə mütəxəssis Gideon Linsesum hələ 19-cu əsrin əvvəllərində tütün haqqında yazırdı bunları...…

 

1880-ci illərdə Amerikanın cənubunda avtomatik siqaret hazırlayan maşının ixtirası ucuz qiymətə kütləvi siqaret istehsal etməyə imkan verdi. Bundan sonra insanlar arasında siqaret çəkmək daha da yayılaraq, adi hala çevrildi. Elə həmin dövrlərdən tütündən istifadəni zərərli hesab edən insanlar onun qadağan edilməsi ilə bağlı hərəkata başladılar. Hazırda tütünün satışı və istifadəsinə bəzi qadağalar qoyulub.

 

1912-ci ildə amerikalı həkim İsaak Adler ağciyər xərçənginin siqaretlə əlaqəli olduğunu ilk dəfə irəli sürdü.

 

O dövrlərdə siqaretin təhlükəsi ilə bağlı mətbuatda yer alan yazılarda bildirilirdi ki, Birinci Dünya müharibəsindən əvvəl ağciyər xərçəngi əksər həkimlərin karyeralarında heç vaxt görməyəcəyi nadir bir xəstəlik hesab olunurdu. Lakin müharibədən sonra siqaretin populyarlığının artması ilə ağciyər xərçəngi epidemiya şəklində ortaya çıxdı.

 

1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizemabir çox xəstəliklərə səbəb olan siqaretçəkmənin ciddiliyini dərk edərək dünyanın bütün səhiyyə orqanlarına müraciət etmiş, problemə qarşı  lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdi. Həmin dövrdən başlayaraq dünyanın bir çox ölkəsində siqaretə qarşı  təbliğat  kampaniyaları  başlamış və bu kampaniyalar bu gündavam etdirilməkdədir.

 

 

 

Qarşısı alına bilən ölümün yeganə ən böyük səbəbi

 

 

 

Tütündən istifadə hazırda qlobal miqyasda qarşısı alına bilən ölümün yeganə ən böyük səbəbidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə hər il dünyada təxminən 5 milyondan artıq insan tütün çəkməkdən, 600 min insan isə tütün çəkən insanların tüstüsünün təsirindən həyatlarını  itirir.

 

Tədqiqatlarla müəyyənləşdirilib ki, siqaret tüstüsündə 4000-dək kimyəvi maddə var. Onların 250-si zərərli maddədir, 50-si isə konserogen (xərçəng törədən) maddələrdir.

 

Bunlardan karbon monooksid (rəngsiz, iysiz, dadsız zəhərləyici qaz), kadmium (batareyaların istehsalında istifadə olunur), polonium-210 (radioaktivçox zəhərlidir) arsenik (siçan zəhəri), DDT (böcək öldürücü zəhər), metanol (mərmi yanacağı), radon (radiasiya), butan (balon qaz), aseton (lak həll edici), naftalin (güvə qovucu) və s. zəhərli maddələri sadalamaq olar.

 

 

 

Siqaretə aludəçiliklə xərçəngin növləri arasında birbaşa əlaqə var

 

 

 

Tütündən istifadənin zərərli yönlərindən biri də asılılıq yaratmasıdır. Siqaret aludəçiliyinin əsas səbəbi tütünün tərkibindəki nikotindir. Beyin nikotinə tez uyğunlaşır və hətta bir siqaret çəkdikdən sonra belə insanı yenidən nikotin qəbul etməyə sövq edir. Uzunmüddətli qəbul zamanı psixi, eyni zamanda fiziki aslılıq halı da törədə bilir. İnsanlarda nikotinə bağlılıq halının meydana çıxmasında əsas səbəb onun psixoaktiv təsiri və pozitiv reaksiyalar törətmək xüsusiyyətidir. Nikotin sinir sistemi vasitəsilə qan dövranı sisteminə təsir edir - ürək ritmini sürətləndirir, aritmiyalaraqan təzyiqinin yüksəlməsinə səbəb olur. Ürəyin işemik xəstəliyi (koronar) olanlarda taxikardiya, kəskin ürək çatışmazlığı və infarkta gətirib çıxarır.

 

Tütün məhsulu kimi insan orqanizminə ən çox zərəri olan siqaret xərçəng, ürək və ağciyər xəstəlikləri başda olmaqla bir çox sağlamlıq problemlərinin yaranmasının əsas səbəblərindən biridir. Siqaretlə birbaşa əlaqəli olan ağciyər xərçəngi xərçənglə əlaqəli ölüm nisbətlərində birinci yerdə durur. Siqaret tənəffüs yollarını əhatə edən qoruyucu quruluşu və hüceyrələri pozaraq ağciyərlərin hər cür zərərə qarşı həssas olmasına səbəb olur.

 

Tibb elmi sübut edir ki, siqaretə aludəçiliklə xərçəngin bir çox növləri arasında birbaşa əlaqə var. Bu təhlükəli vasitə qırtlaq, prostat, diş əti, ağız, sidik kisəsi, yemək borusu, dil, mədəaltı vəzi, badamcıq və uşaqlıq boynu xərçənglərinin, xüsusən də ağciyər asılılığının inkişaf riskini artırır.

 

Siqaret çəkmək xroniki bronxitamfizem kimi tənəffüs sistemi xəstəliklərinin ən mühüm səbəbidir. Bu xəstəliklərdən həyatını itirənlərin nisbəti siqaret çəkməyənlərdən 40 dəfə çoxdur. Bundan əlavə, siqaret çəkmək qan dövranına və damarlara təsir etdiyinə görə serebrovaskulyarinsult riskini artırır.

 

Həmçinin iflic, xora, xroniki bronxit, ayaq damar xəstəlikləri, infarkt, qadınlarda sonsuzluq, kişilərdə isə KOAH (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) kimi xəstəliklər yaradır.

 

Siqaret çəkmək həm də hamilə qadınlarda uşaq itkisi, vaxtından əvvəl doğuş riskini artırır, körpələrin çəkisinin az olmasına səbəb olurani ölüm riskini 6 dəfə artırır. Eyni zamanda hamiləlik dövründə siqaret çəkən anaların körpələrində aşağı intellekt və davranış pozğunluqları da yarana bilir.

 

Mütəxəssislər bildirirlər ki, siqaretin ən böyük bəlalarından birionun passiv şəkildə yayılmasıdır. Bu mənfi haldan isə uşaqlar daha çox təsirlənirlər. Evdə tütün çəkmə uşaqların tənəffüs yolları xəstəliyi ilə bağlı xəstəxanaya müraciətlərini 5 faiz artırır.

 

Bu barədə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, tütün tüstüsünün hətta cüzi miqdarı belə orqanizm üçün zərərlidir.

 

Siqaret tüstüsündən ayrılan toksiki maddələr divan, pərdə, xalçaların səthinə, paltarsaçlara hopur. Azyaşlı uşaqlar oynadıqları, iməklədikləri zamanya siqaret çəkən insan tərəfindən qucağa alındıqda bu toksiki zərrəciklər onların orqanizminə daxil olur.

 

Tütün tüstüsünün 25 faizi siqaret çəkənin ağciyərlərinə daxil olur, 75 faizi isə atmosferi zəhərləyir. Bu zəhərli hava ilə nəfəs alan insan passivya ikincili tütün çəkən hesab olunur. İkincili tütünçəkmə hər kəsə, xüsusilə uşaqlara mənfi təsir edir.

 

Məlumatlara görə, passiv siqaret istifadəsi, yəni siqaret tüstüsünə məruz qalma dünyada ildə 1, 2 milyon nəfərin ölüm səbəbidir. Hər il 8 milyon insan siqaret istifadəsinə bağlı səbəblərdən vəfat edir. Uşaq ölümlərinin 28 faizininsiqaret tüstüsünə məruz qalmaqla bağlı olduğu bildirilir.

 

Azərbaycan.-2021.- 21 noyabr.- S.6.