İqtisadi Əməkdaşlıq Təşkilatından İlham Əliyevə tam dəstək

 

 

Beynəlxalq qurumun üzv dövlətləri Azərbaycan Prezidentinin Zəfərini böyük nailiyyət kimi qiymətləndirdilər, Qarabağ və Şərqi Zəngəzurun quruculuq işlərində birgə iştirakı bəyan etdilər

 

 

 

Soçi görüşünə Müzəffər Komandan kimi yollanıb, danışıqlar prosesində mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandıran, xalqının maraqlarını qətiyyətlə müdafiə edib istəyinə nail olan İlham Əliyev iki gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə Görüşünə məğrur lider kimi qatıldı.

“Birlikdə gələcəyə” devizi altında keçirilən Zirvə görüşündə, eləcə də dost ölkələrin rəhbərləri ilə keçirilən təkbətək görüşlərdə dövlət başçımızın ünvanına səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, yeni əsrin yeni lideri İlham Əliyev 18 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm hərbi cəhətdən qüdrətli, həm də dünyada sözükeçən dövlətə çevirib.

 

 

 

29 illik fəal əməkdaşlıq

 

 

 

İqtisadi Əməkdaşlıq Təşkilatı hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İranPakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb.

 

İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. Hazırda İƏT-in 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan.

 

1992-ci il noyabrın 28-də İƏT Nazirlər Şurasının İslamabadda keçirilən növbədənkənar iclası zamanı təşkilata üzv olan Azərbaycan 29 ildir bu qurumla fəal əməkdaşlıq edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan tərəfindən 10 müxtəlif saziş, o cümlədən “İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi, “İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” imzalanıb.

 

Azərbaycan 2006 və 2012-ci illərdə İƏT-in Zirvə toplantılarına evsahibliyi edibbu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi, eləcə də siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.

 

Təşkilatın əsas məqsədləri iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, regiondaxili ticarətin təşviqi, üzvlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

 

 

 

Yeni reallıqlar əməkdaşlığın daha da genişləndirilməsini şərtləndirir

 

 

 

Noyabrın 28-də keçirilən Aşqabad toplantısı maraqlı məqamlarla yadda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, artıq ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət yaranıb. Xəzərdən keçən “Şərq-Qərb” orta dəhlizini və Bakı-Tbilisi-Qars dəmir yolu xəttini bu kontekstdəki səylərin ən əyani təzahürü adlandıran Türkiyə Prezidenti Zəngəzur dəhlizinin də mühüm əhəmiyyətindən danışdı.

 

Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən söz açan Rəcəb Tayyib Ərdoğan dedi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhünsabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə əhalinin rifahının artırılması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir.

 

Azərbaycan Prezidenti isə bir daha bölgədə yaranan yeni reallıqların və birgə əməkdaşlığın daha da genişləndirilməsinin konturlarını göstərdi.

 

İlham Əliyev dedi ki, Azərbaycan İƏT-in fəal üzvüdürquruma üzv olan dövlətlərlə münasibətlər dostluq, qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir.

 

Prezident son 18 il ərzində Azərbaycan iqtisadiyyatının sürətli artım tempi, iqtisadiyyata yatırılan investisiyalar, strateji valyuta ehtiyatları, beynəlxalq qurumların bununla bağlı hazırladıqları hesabatlar bardə ətraflı məlumat verdi. Həmçinin qlobal pandemiya ilə mübarizədə Azərbaycanın gördüyü işlərdən danışdı, ortaya qoyduğu mövqeyi bir daha bəyan etdi.

 

Qalib Komandan 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri dəyərləndirərək bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. Artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır.

 

İlham Əliyev bir daha xatırlatma edərək İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə toplantısında həmkarlarına Zəngəzur dəhlizi haqqında verdiyi məlumatı diqqətə çatdırdı: “Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

 

Soçi görüşündən sonra İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi, yeni nəqliyyat infrastrukturunun “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcəyini və İƏT-ə üzv ölkələrin də bu dəhlizdən istifadə edəcəkləri təqdirdə böyük fayda götürəcəklərini təsdiqləyən gerçəklikdir. Çünki Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması isə regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

 

 

 

KTMT-dən məğlub Ermənistana növbəti zərbə

 

 

 

Aşqabad Zirvə Görüşündə qəbul edilən yekun Bəyannamədə mühüm məqamlar öz əksini tapdı. Sənəddə təşkilata üzv dövlətlərin Azərbaycan xalqı və hökumətinə 30 illik işğala son qoyulması ilə bağlı ünvanlanan təbrik məktubu diqqət çəkdi.

 

Çünki Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçü Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Yəni KTMT üzvləri Azərbaycanın qələbəsini, ərazi bütövlüyünü dəstəkəyirlər. Bu da, əlbəttə ki, İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər, Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

 

Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biri də İƏT-ə üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya yatırmaq çağırışıdır. Bu çağırış eyni zamanda İƏT-lə yanaşı, KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir.

 

 

 

Türkmənistan qazının İran üzərindən Azərbaycana nəql edilməsi

 

 

 

Digər mühüm məqam isə Türkmənistan qazının İran üzərindən Azərbaycana nəql edilməsi ilə bağlı əldə edilən razılaşmadır.

 

Noyabrın 28-də İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

 

Qaz nəqlinin ölçüləri isə kifayət qədər böyükdür - ildə 1,5-dən 2 milyard kubmetr. Fərq üçün göstərə bilərik ki, Azərbaycan bu il Avropaya təxmini ölçülərə görə 5-5,5 milyard kubmetr qaz nəql edəcək. Türkmənistan qazından isə Bakı, TehranAşqabad, həmçinin Türkiyə ayrı-ayrılıqda öz səmərələrini götürəcəklər.

 

Əlbəttə ki, bütün bunlar İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinə, diplomatik məharətinə verilən yüksək dəyər və Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin dəstəklənməsidir.

 

İqtisadi Əməkdaşlıq Təşkilatı İlham Əliyevin həyata keçirdiyi bütün qlobal miqyaslı layihələrə tam dəstək verir. Beynəlxalq qurumun üzv dövlətləri Azərbaycan Prezidentinin Zəfərini böyük nailiyyət kimi qiymətləndirir, Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda birlikdə iştirakı bəyan edirlər.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.- 30 noyabr.- S.1;4.