M.C.Mərdanovun 1-ci dərəcəli  “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2021-ci il

Azərbaycan.-2021.- 3 oktyabr.- S.2.