Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

 

Xəlilov Təmkin Həsən oğlu - Texnoloji İnnovasiyalar Statistika Baş İdarəsinin rəisi

 

Mehdiyev Telman Hüseynqulu oğlu - Enerji Resursları Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

 

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

 

 

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 30 yanvar 2021-ci il

 

Azərbaycan. - 2021.- 31 yanvar.- S.4.