44 günlük müharibə Ermənistana baha başa gəldi

 

 

İkinci Qarabağ müharibəsi Ermənistana bütün sahələrdə ağır zərbə vurdu. Ölkə aylardır siyasi böhrandan çıxa bilmir, sosial-iqtisadi sferada tənəzzülə uğrayıb. Digər tərəfdən, 44 günlük müharibənin Ermənistana vurduğu ziyan milyardlarla dollar həcmindədir.

Ermənistanda bəzi qüvvələr artıq etiraf etməyə başlayıblar ki, 44 günlük müharibə ölkədə böyük maliyyə itkisinə yol açıb. Ermənistanın Hərbi Sığorta Fondunun qəyyumlar şurasının üzvü Mesrop Manukyan “Facebook”dakı səhifəsində yazıb ki, baş nazir Nikol Paşinyan ölkəyə ən azı 38,4 milyard dollar ziyan vurub. O,  müharibədəki insan amilini də nəzərdən keçirib. Bildirib ki, buraya 4500-ə yaxın ölən və itkin düşən hərbçilər, 5 minə yaxın birinci dərəcəli, 6 minə yaxın ikinci dərəcəli əlillər daxildir. Erməni ekspert qeyd edib ki, “Ayastan” erməni fondu Azərbaycanın azad etdiyi ərazilərə 150 milyon dollara yaxın investisiya yatırmışdı. Təkcə Şuşada 15 milyon dollarlıq proqramların icra olunduğu iddia edilir.

M.Manukyan ölkəsinin müdafiə sisteminə 2 milyard dollara yaxın zərər dəydiyini, Zod qızıl  mədəninin itirilməsi nəticəsində Ermənistanın  8 milyard dollardan məhrum olduğunu da deyib. Burada söhbət Kəlbəcər rayonunun ərazisində yerləşən qızıl yatağından gedir. Xatırladaq ki, Ermənistan bu yatağı istismar etməklə Azərbaycana külli miqdarda zərər vurub.

M.Manukyan qeyd edib ki, Qarabağda itirilmiş hidroelektrik stansiyaların dəyəri 600 milyon dollara yaxındır. Ekspert digər itkilərin də olduğunu əlavə edib. Ancaq Manukyan unudur ki, Ermənistan 30 illik işğalı nəticəsində Azərbaycana yüz milyardlarla dollar zərər vurubbunun kompensasiya edilməsi qarşıdakı dövr ərzində mühüm məqamlardan biridir.

Əslində isə 44 günlük müharibədə Ermənistanın hərbi potensialına vurulan ziyan 4 milyard ABŞ dollarına yaxındır. Bu isə ümumilikdə Ermənistanın itkilərinin 40 milyard dollardan çox olduğunu göstərir.

“4rd.am” saytı yazır ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistanda əhali 2021-ci ildən yaxşı heç nə gözləməsin: “Maksimum dərəcədə qənaət etmək lazımdır. Çünki ölkənin valyuta ehtiyatları tükənir”. Saytda yazılır ki, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir: “Əhali tapa bilmir. Həyat səviyyəsi ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir.

Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. İldən-ilə hökumətin xarici borcları da artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsirin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bununla da Ermənistanın dövlət borcu 9 milyard dollara çata bilər”.

ABŞ-ın “Eurasianet.org” nəşrinin Cənubi Qafqaz və Mərkəzi Asiya redaktorları Piter Leonardın və Coşua Kuçeranın 2021-ci ilə dair siyasi proqnozlar barədə məqalələrində qeyd olunur ki, 2021-ci il üçün ən bədbin proqnozlar Ermənistana aiddir. Məqalədə yazılır ki, yeni il siyasi münasibətlərdə dönüş dövrü olacaq: “Əgər baş nazir Nikol Paşinyan Azərbaycana məğlub olandan sonra öz postunu qoruyub saxlasa, bu əsl möcüzə olardı. Lakin onun gedişisiyasi qeyri-müəyyənliyə gətirib çıxaracaq. Əgər Paşinyan hakimiyyətdən gedəcəksə, 2018-ci il məxməri inqilabının dəyərlərinin duruş gətirməsi sual altında qalacaq. Gözlənilir ki, 2021-ci il Ermənistanda siyasi çaxnaşmalarla dolu il olacaq”.

 

Proqnozlarda qeyd olunur ki, Dağlıq Qarabağda yaşayan ermənilər üçün də dolaşıq zaman yetişib. Müharibə nəticəsində onların əldə saxladıqları ərazi kiçilib, azərbaycanlılar isə xeyli yaxınlaşıb. “Rusiya sülhməramlıları hələlik təhlükəsizliyi təmin edir, amma ermənilər düşünməkdə davam edəcəklərmi ki, Qarabağda uzunmüddətli perspektivdə qalmağa dəyərmi? Və ya onlar hesab edəcəklər ki, Qarabağda sayılı günləri qalıb və çemodanları hazır vəziyyətdə oturacaqlar? Ona görə də 2021-ci ildə biz Qarabağın nə dərəcədə həyat qabiliyyətli olduğu barədə daha dəqiq təsəvvür əldə edəcəyik”, - deyə müəlliflər qeyd edirlər.

 

Ermənistanda sosial-iqtisadi problemlər ucbatından miqrasiya tempi artmaqdadır.İravnukqəzeti yazır ki,  ölkənin Kotayk vilayətində bu mənzərəni daha aydın müşahidə etmək olar. On il əvvəl üç minə yaxın sakini olan Alaparas kəndində yaşayanların sayı indi heç 400-ə çatmır. Ermənistanın digər əyalətlərində olduğu kimi, burada da vəziyyət ürəkaçan deyil. Ən maraqlısı da odur ki, kəndin küçələrindən birinəXoşbəxtlikadı verilib. Sakinlər hər dəfə bu adı görəndə özlərini təhqir olunmuş hesab edirlər.

 

Nəşr yazır ki, əslindəXoşbəxtlikküçəsində yaşayanlar bədbəxtdirlər. Onların dolanışıqla bağlı problemləri var. Küçənin adı ilə yaşadıqları həyat tərs mütənasibdir. Bu ölkədə onsuz da xoşbəxt insanlar azdır. Kəndin təkcə yollarına baxmaq kifayətdir ki, burada əhalinin necə yaşadığını görəsən. Ona görə doğulduqları yerdə özlərini bədbəxt hesab edən insanlar xoşbəxtliyi Ermənistanda deyil, xaricdə axtarırlar.

 

Müharibədəki məğlubiyyətdən sonra Ermənistan hələ özünə gələ bilmir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan ölkə sonu görünməyən tənəzzül dövrünü yaşayır. Siyasi ziddiyyətlər paralel şəkildə digər sferalardakı mövcud problemləri dərinləşdirib. Ermənistanda iqtisadiyyat faktiki olaraq iflic olub, əhalinin səfaləti artıb.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 15 yanvar.- S.1;4.